Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba

Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba
27 mart 2020
# 14:30

Kulis.az Dilruba Vaqifzadənin “Cem Karacaya yoluxmaq” yazısını təqdim edir.

Koronavirusun karantin günlərində üzücü xəbərlərdən bir az aralanıb ruhumu dəli edən mövzular axtarırdım. Əlbəttə, heç bir şəkildə boş-boşuna dörd divar arxasında oturub ruhu qidalandırmaq mümkün deyil. Ruh dəli olubsa onun dərmanı da elə dəlilikdir.

Bu günlərdə Cem Karaca sənətinin ruhuma dərman olduğunu bir daha anladım. Əslində, məni dəli edən Cem Karacanın yaşantılarıdır. Onun sevgisində, nifrətində, çılğınlığında onun üsyanında bir özüm var. Hər bir ifasında bir tərz, fərqli yanaşma olsa da, böyük bir üsyanın, savaşın ritmi, məzmunu açılır.

Mən Cem Karacanın dediyini demirəm, deyə də bilmirəm. Amma yaşadığını bütün varlığımla içimdən keçirdirəm. Güzgü qarşısında zahirimi görüb bəzəyə bilirəm. Ancaq ruhumu heç bir güzgü göstərmir.

Cem Karacanın səsinin titrəyişində, çılğın yanğısında, həzin iniltisində ruhumun hissələrini görürəm. Qüdrəti, xırıltılı, bir az da yorğun səsi ilə ruhumun mahiyyətini mənim üçün açır. Bu günlərdə bəlkə də daha çox ruhi qidaya ehtiyac duyduğumdan Cem mənə daha yaxın oldu.

Sən də başını alıb getmə...

Duyğular, yaşantılar hansısa rəngdə olmur, yaxud biz onları görmürük. Amma çıxıb gedəndə, ruhumuzun qaraldığını hiss edirik. Bu, gözlə görülən və şüurla qavranılan rəng deyil. Bu, bəlkə də, ən çıxılmaz vəziyyətdən, bir az da əlacsız halda qalanda, gözümüzə çökən qaranlıqdır.

İndi hamı evdədir. Birhüceyrəli virus insanları evə məhkum etdi. Biz indi bir-birimizlə danışır, ünsiyyət qururuq. Bir-birimizə nə qədər lazım olduğumuzu anlayırıq. Lap Cem Karacanın mahnılarında olduğu kimi.

Tapdım ortaq nöqtəni: Cem Karaca da təklikdən qorxurdu! O da mənim kimi içindəki qorxunu boğur, üsyanını oyadırdı... Bəlkə, ona görə ən incə duyğularını ifası ilə bəyan edirdi. Cem Karaca bir insan sevdalısı idi.

Kəndim etdim, kəndim buldum

Mən sıradan, xüsusi istedadı olmayan insanam. Amma baş verənlərə sakit baxıb susa da bilmirəm. Danışmağa dilim yoxdur. Bəlkə də var, sadəcə lazım olan sözləri tapa bilmirəm. Rəssam rəsmi ilə, bəstəkar musiqisi ilə içində olanı ifadə edir. Cem Karaca mahnıları mənim demək istədiklərimin bir ifadəsidir. Hər kəslə onun mahnıları ilə danışmaq istəyirəm.

Duyğularımı və fikirlərimi o qədər səlis tamamlayır ki, artıq sözə ehtiyac qalmır. Ən yaxınıma belə söz demək əvəzinə Cemdən bir mahnı dinlətdirib içimdən gələnləri çatdırıram. Elə bil, bu mahnılar onu deyil, elə mənim öz içimin sözünü çatdıran çox güclü bir vasitədir.

Boynunda İmam Əlinin qılıncını, yatağının baş ucunda İsa Məsihin rəsmini asan Cem Karacanın ruhu da təzadlı oldu. 58 yaşında dünyadan getmək qərarını verdi. Yaşasaydı 75 yaşı olardı.

Cemi anlamaq azdır. Duymaq, içindən yaşamaq və Cem kimi dünyaya baxmaq lazımdır. Ruhum üşüyəndə hər yerim sızıldadığı kimi Cemin də sızıltısını daha yaxşı anlayıram.

Hərdən içinizdəki özünüzün dediklərinə qulaq asın. Bəlkə də bilmədiyiniz yabançı bir dildə, ya da heç vaxt eşitmədiyiniz bir musiqidə içinizin nə dediyini anlaya biləcəksiniz. Mən Cem Karacanı anladığım kimi...

# 14965 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər