Karantin günlərində bizi nə birləşdirə bilər?

Karantin günlərində bizi nə birləşdirə bilər?
26 mart 2020
# 14:29

Həftənin beş gününü işləyən insanlar üçün istirahət və bayram günləri həm də mənəvi gigiyena günü hesab olunur. Bu baxımdan ötən həftənin son iş günündə bir az yorğun, bir az da qüssə ilə iş yermizidən ayrılıb evə yola düşəndə qarşıdakı tətil günlərinin planını qurmaqla məşğul idim. Yolboyu qarşımdan keçən maskalı insanlar məni cəmiyyətdən bir az da təcrid edir, koronovirusun yaratdığı həyəcanı daha da artırırdı.

Bu dəfəki bayram tətili digərlərindən fərqlənirdi. Bu da onunla bağlı idi ki, koronavirusla bağlı maksimum evdə qalmağa, kənar insanlarla ünsiyyətdən uzaq olmağa çalışmalıydıq. Əlbəttə yaradıcı insanlar üçün saatlarla kitab oxumaq, film izləmək çətin deyildi, əksinə bu günlər onlar üçün əlavə vaxt, qazanc hesab olunurdu. Lakin, müxtəlif peşə sahiblərinin də səninlə birgə dincəlməsi, hər kəsin zövqünə uyğun mühitə köklənəməsi bir az düşündürücü proses tələb edirdi. Sənətin də, yaradıclığın qayəsi bundan ibarət deyilmi?

Gecikmədən, elə yoldaca dostum Sərdar Aminə zəng vuraraq “onfilmikiroman” adı altında haştaq paylaşmaq və bu haştaqın daha çox yayılması üçün onun da mənə qoşulmasını təklif etdim. Sərdar dərhal razılaşdı və bir neçə fikir mübadiləsindən sonra haştaq yaradıldı. Qısa zaman ərzində haştaq insanlar tərəfindən qəbul olunaraq ötürülməyə başladı. Açığı bu qədər maraq doğuracağını gözləmədiyimdən haştaqın yayılma sürəti xüsusən yaxşı roman və film siyahılarının çoxalması doğrusu məni xeyli fərəhləndirdi və sənətin, yaradıcılığın var olma gücünə daha dərindən inandırdı.

Keçirdiyimiz bu sıxıntılı, koronoviruslu günlərdə dadımıza yenə də sənətin yaratdığı əsrarəngiz birləşmə, bir düşünmə gücü çatır.

Təsəvvür edirsinizmi, bir tərəfdə koronovirus yayılaraq müəyyən rəqəmlər təşkil edir, digər tərəfdən isə incəsənətin ecazı əks səda verir, insandan insana, düşüncədən düşüncəyə artıb çoxalır.

Əminəm ki, onfilmikiroman haştaqı altında paylaşılan siyahılar yüzlərlə insana roman və film seçimində xeyli köməklik edir, onlar da öz siyahəlarını yaradır, onluqlardan özlərinə lazım olanları seçib vaxtlarını səmərəli keçirə bilirlər.

Yazının sonunda isə bircə məqamı vurğulamaq istərdim. Kitab oxumaq, filmə baxmaq, yaradıcılıqla məşğul olmaq üçün həftəsonlarını, bayram və tətil günlərini gözləməyək. Ömrümüzün hər anını belə işıqlı məqamlarla zənginləşdirək. Dostoyevki necə demişdi? Dünyanı gözəllik xilas edəcək. Həmin gözəllik!

# 6197 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər