news-inner
clock13:26 calendar-gray 26 Mart 2020 view-gray2985 dəfə oxunub
view-gray2985 dəfə oxunub

Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar

Bu gün Azərbaycan komediyasının unudulmaz ismlərindən olan yazıçı, dramaturq Sabit Rəhmanın doğum günüdür. 26 mart 2020-ci il tarixi yazıçının 110 illik yubileyidir. Kulis.az bu münasibətlə Sabit Rəhman haqqında maraqlı faktları təqdim edir.

Sabit Rəhman 1910-cu ilin 26 martında Şəki şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda A.Şaiq adına nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb. (1924)

***

Sabit Rəhmana Hüseyn Cavid, Abdulla Şaiq kimi sənətkarlar dərs deyib. Qantəmirin müdiri olduğu məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunub.

***

Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında Şeyx Samit imzası ilə dərc etdiyi felyetonlarla başlayıb.

***

İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunub.

***

Sabit Rəhman ssenarist kimi Azərbaycan komediyasının banisi sayılır. O, dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, "Yeddi gözəl" baletinin librettosunun müəllifidir. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını yazıb.

Gallery

“Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyov Sabit Rəhmana deyir:
“Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

***

Sabit Rəhman Mirzə Cəlil haqqında yazdığı xatirəsində qeyd edir ki, onlar Şəkidə olarkən bir gün tanınmış yazıçının Şəkidən keçərək Zaqatalada oxuyan qızının yanında gedəcəyini eşidirlər:


“Maşın keçmiş karvansaranın həyətində dayanan kimi biz tez sərnişinləri gözdən keçirməyə başladıq.


Mən yoldaşlarıma Mirzə Cəlili bir neçə dəfə gördüyümü söyləmişdim. Ancaq əslində mən onun özünü yox şəklini görmüşdüm. Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. ( Cəlil Məmmədquluzadənin təxminən 1910-1911-ci illərdə çəkdirdiyi şəkil belədir) Ancaq belə adam yox idi. Arxada saçlarına dən düşmüş uzunpapaq qoca bir kişi oturmuşdu. Hamı düşdüyü halda bu adam düşmürdü. Mən o adama müraciət edərək soruşdum:

- Bağışlayın, sizinlə gələn sərnişinlərin arasında Cəlil Məmmədquluzadə yoxdur ki?

O adam məni mehriban gözlərlə süzüb, utancaq bir halda dedi:

- Cəlil Məmmədquluzadə mənəm.


Sabit Rəhman Mirzə Cəlilin avtobusdan enmədiyini gördükdə dostları ilə hiyləyə əl atır, avtoğazlanın müdirini dilə tutaraq avtobusun xarab olduğunu elan edirlər. Bundan sonra Mirzə Cəlil də çarəsiz avtobusdan düşərək Sabit Rəhmangilə qoşulur.

Gallery

Sabit Rəhman xatirələrindən birində qardaşının onu şilləylə vurmağından danışır. Döyülməsinə səbəb isə, nə qədər qəribə səslənsə də, rus yazıçısı Anton Çexov olub:


“Bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu.
Anam o biri otaqdan:


-Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:


-Çexovun şəklini cırıb.


Qardaşım məni çox istərdi və heç bir zaman döyməzdi. Ona görə də o zaman mən təəccüb eləmişdim ki, bu Çexov nə qiymətli adamdır ki, onun şəklinin üstündə əziz qardaş mənə əl qaldırdı?”

***

Mikayıl Müşfiqlə, Rəsul Rza ilə yaxın dost olublar.

***

Müşfiq bardə yazdığı məqalədə o günləri belə xatırlayır:


“Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə, demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.
Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik”.

Gallery

Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var.

***

Bəstəkar Emin Sabitoğlunun atasıdır.

***

1970-ci ilin 23 sentyabrında teatrda “Küləklər” komediyasının məşqləri gedərkən, özü 60 illik yubileyinə hazırlaşırmış. “Küləklər” komediyasını görmək ona nəsib olmur. Saat 3:15-də dünyadan köçür. Saatı da həmin dəqiqə dayanır...

news-inner-user

16131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020