"Bilmirəm, nə edəcəyəm?" - Məşhurlarımız karantin günlərindən danışır

"Bilmirəm, nə edəcəyəm?" - Məşhurlarımız karantin günlərindən danışır
26 mart 2020
# 09:30

Dünyanı dörd bir tərəfdən caynağına alan koronovirus pandemiyası səbəbindən dünyada, o cümlədən ölkəmizdə karantin elan edildi. Bütün mədəniyyət ocaqları, ictimai iaşə obyektləri, əyləncə mərkəzləri bağlandı, toy mərasimlərinin keçirilməsi müddətli olaraq qadağan olundu. Bəs bu vəziyyət icitmai fəal həyat tərzi keçirən sənət adamlarına necə təsir göstərir?

Mövzu ilə bağlı Kulis.az sənət adamları arasında sorğu keçirib. Müğənni Murad Arif vəziyyətə birtəhər adaptasiya olmağa çalışdığını deyir:

“Yarımçıq qalmış səsyazma, aranjiman, demo işlərimlə məşğulam. İnanmaq istəyirəm ki, hamımız normal həyatımıza dönəcəyik. Ailəylə və kitab oxuyaraq vaxt keçirdirəm. Yoldaşımla yeni seriallar tapmışıq internetdə, fürsət düşən kimi baxırıq. Əslində, narahatam, çünki, kreditlərim, ipotekam var. İnternetdə bizə yazırlar ki, müğənnisiz, pul yığmısız... Halbuki, maaş almıram... Həyatda tək, arxasız, dəstəksiz bu qədər işləri idarə edirəm. Böyük bir ailənin başındayam. Mənimlə böyük bir heyət çalışıb evinə çörək aparırdı... Redaktorlar, prodüserlər, rejissor, işıqçı, montajçı və s. iki klip çəkilişimi təxirə salmışam, bütün sektor dayanıb. Mən bilmirəm gündəlik xərclərim bitəndən sonra nə edəcəyəm? Ən çox adamı kommunal xərclər və ipoteka sıxır. Yəni, müğənni o qədər də varlı deyil və tək öz qarnına yemir. Bizim ətrafımızda bizdən dolanan çoxlu insan var. Onlar nə olacaq? Əlqərəz... Bütün bu fikirlər içində ümidlə yaşamağa davam edirik”.

Gallery

Əməkdar artist Fərqanə Qasımova dövlət səviyyəsində elan olunan karantinə ailəlikcə tam riayyət etdiklərini bildirdi. Çətin olsa da, yaranan vəziyyətin öhdəsindən gəlməyə çalışdıqlarını deyən sənətçi bu günlərdə zamanı oxuyaraq dəyərləndirdiyini deyir: “Əlbəttə, hər şeydən təcrid olunub evə qapanaraq yaşamaq heç də asan deyil. Məktəbə gedən uşaqlar öz məsuliyyətlərindən uzaqlaşırlar. İkiqat gigyenaya riayət etmək, uşaqları nəzarətdə saxlamaq özü xeyli məsuliyyətli işdir. Bu günləri evdə daha çox kitab oxumaqla ötüşdürməyə çalışıram. Qəzəllər əzbərləməyə çox zamanım gedirdi, bu baxımdan daha çox qəzəl və şeir əzbərləməyə vaxtım var indi. İnanaq və dua edək ki, hər şey tezliklə qaydasına düşəcək”.

Gallery

Əməkdar arist Lalə Məmmədova gigyeniya qaydalarına tam əməl etdiyini bildirdi. Sənətçinin narazı olduğu məqam televiziya proqramları ilə bağlıdır. O, aparıcıların laqeydliyindən gileylənir: “Mənim əsəblərimə daha çox kanallar toxunur. Bütün günü efir, media vasitəsiylə insanlara "evdə qal" deyirlər. Bu tərəfdən də zəng edib müğənniləri verilişə dəvət edirlər. Başa düşmürəm, musiqiçi, müğənni adam deyil? Lap “Titanik” filmini xatırladır bu vəziyyət. Gəmi batanda hamı qayıqlara minib xilas olmağa çalışır, musiqiçilər gəmidə qalır. Məsələyə bu dərəcədə məsuliyyətsiz və laqeyid yanaşmaq olmaz”.

Gallery

Xalq artisti Məleykə Əsədova qızına zaman ayırdığını, onun dərsləri ilə məşğul olduğunu deyir: “Günümü demək olar ki, qızımla keçirirəm. Müxtəlif mövzulu kitablar oxuyuram."

Gallery

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər çoxdan arzusunda olduğu tənhalığına çəkildiyini bildirdi: “Bəşəriyyət və insanlıq üçün dua edirəm”.

Gallery

Kinoaktyor, Əməkdar artist Rasim Cəfər həmişə məşqlərdə, çəkiliş meydanlarında olan biri üçün karantinin dəhşətli olduğunu deyir: “Əslində, bu cür həyat tərzinə heç alışmamışam. Ürəyim partlayır bekarçıkılıqdan. Amma bunun məcburiyyət olduğunu anlayıram... Karantin günlərinin bir müsbət tərəfi odur ki, ailəyə, övladlara bol vaxt ayıra bilirsən. Bütün günü balaca qızımla oynayırıq, cizgi filmlərinə baxırıq, nəsə çəkirik, yazırıq... Evdə görüləsi işlər var imiş, onlarla məşğul oluram. Bacardıqca həyat yoldaşıma kömək etməyə çalışıram. Axşamlar filmlərə baxırıq, nəsə oxuyuram. Amma bu vəziyyət uzun müddət davam etsə, nə edəcəyimi bilmirəm.”

Gallery

Xalq artisti Naibə Allahverdiyeva: “Bir halda ki, qayda-qanun tətbiq olunub, hamı əməl etməlidir. Çalışıram, evdə oturum. Filmlərə baxıram, sosial şəbəkələri izləyirəm. Sözün açığı, qorxuram. Sosial mövqeyindən, sənətindən asılı olmayaraq hamı bu təhlükəli virusa yoluxa bilər”.

Gallery

Kinoaktyor Azər Aydəmir yeni film ssenarisi üzərində çalışdığını bildirdi: "Evdə çoxdan planlaşdırdığım görüləsi işləri görürəm, həyat yoldaşıma kömək edirəm. Oğlumla vaxt keçirirəm, ona xeyli oyunlar öyrətmişəm. Hətta loto oynamağı da. Yazılar yazıram. İlhamlanmıam koronvirus haqqında tragikomik film ssenarisi üzərində işləyirəm. Təəssüf ki, kökəlirəm. Düşünürəm ki, bu da keçər. Hər .ey bitəndən sonar Bulvarda qaçışlarımı bərpa edəcəm."

Gallery

# 3628 dəfə oxunub

Oxşar xəbərlər

Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
# # #