Dünya bu boyda buqələmun görməyib – Gənc yazardan həmkarına sərt sözlər

Dünya bu boyda buqələmun görməyib – Gənc yazardan həmkarına sərt sözlər
18 mart 2020
# 13:47

Kulis.az Orxan Saffarinin saytımızda gedən tənqidi yazısına gənc şair Eminqueyin cavabını təqdim edir.

Orxan Saffari adlı bir gənc var. Çoxdandır mənası boyundan balaca olan bu gəncə Eminqueydən cavab almaq şərəfini yaşatmaq istəmirdim. Baxmayaraq ki, bir dəfə haqqımda yazdığı uzun bir statusa cəmi bir cümləylə cavabını vermişdim: İki metr boyu var, gedib pullu bir adamın yanında ayı iki min manata mühafizəçi işləmək əvəzinə şeir yazır. Amma gördüm ki, bu gənc mənim uzunmetrajlı cavabım üçün çox vurnuxur, gecə-gündüz işləyir, çalışır, cavab vermək qərarına gəldim.

Onu görəndə əsrimizin əvvəllərində populyar olan yığma kasetlər yadıma düşür. O kasetlərdə iyirmiyə yaxın mahnı olurdu. Hərəsi bir müğənnidən. Məsələn, Nadir Bayramlı, Əlikram Bayramov, Rəqsanə, Əflatun Qubadov və s. Səbəb? Çünki çox “popuri”, çox “mash up”, çox “kokteyl” adamdı.

Yəni bu gənc bax elə həmin o “popurri”, “mash up”, “kokteyl” kimi arada sümüyümə düşür, görüşüb çay-zad içirik.

Bu gün “Kubinka uşaqları” kimi geyinən Orxanı sabah Nyu-York “parkur”ları kimi geyinən görə bilərsiz. Onu “Dolya Vorovskaya”nın üstündən Bethovenin “Beşinci simfoniya”sına qulaq asan görə bilərsiz. O gah AzTV ola bilir, gah Space TV, gah da Dünya TV. Dünya hələ bu boyda buqələmun görməyib.

Fikir verin, öz diliylə desək, “məzələndikləri”nə ya başda, ya da sonda dost deyir. Yəni Orxan Saffari toyxanada bir-birinə ağzına gələni deyib, sonda “biz qərdeşik” deyən meyxanaçılar kimidir. Nə bir yaxşı şeiri, nə də bir maraqlı yazısı olan birinə hansısa ciddi bir yazıyla yox, elə meyxana janrında cavab verirəm:

- Tı kto takoy, davay do svidaniya!

# 4131 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər