Rejissorumuzun iki filmi beynəlxalq festivalın qalibi olub

Rejissorumuzun iki filmi beynəlxalq festivalın qalibi olub
16 mart 2020
# 10:02

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Zoroaster Award” İtaliya-Azərbaycan beynəlxalq film festivalında bir gündə iki filmim - “Şollerin arxivi” bədii filmi “Ən yaxşı bədii film” və “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib oldu.

Bunları filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.

O bildirib: “Biz Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Son bir ildə 104-cü mükafatı qazanmışıq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir”.

“Şollerin arxivi” filmini Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir ekran əsəri kimi dəyərləndirən rejissor vurğulayıb: “Çəkdiyim filmlər dünya film bazarında özünə layiqli yet tutdu. Dünya mediasında bu ekran əsəri ilə bağlı geniş informasiyalar yazıldı. Biz daha böyük uğurlar əldə edə, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıda bilərik”.

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmində isə “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb. /azertag.az/

# 3366 dəfə oxunub

Oxşar xəbərlər

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər