news-inner
clock11:29 calendar-gray 14 Mart 2020 view-gray3781 dəfə oxunub
view-gray3781 dəfə oxunub

Rəfiqəm koronavirusa görə boşanacaq - Günel Musa yazır...

Dünyaya sürətlə yayılan koronavirus təkcə bədənimizə deyil, ruhumuza da xeyli zərbə vurdu.

Virusun yayıldığı bir çox ölkələrdə karantin elan olundu. Mədəniyyət, incəsənət aləminə, film sektoruna da ciddi zərbə vuran epidemiya dünyada əməli başlı xaosa səbəb olub. Bir çox konsertlər təxirə salınıb, televiziyada əyləncəli verilişlərin sayı azalıb (təbii ki, Azərbaycan bu məsələdə hər zaman istisnadır. Dünya dağılsa da bizim efirlərdə məzmunsuz əyləncə verilişlərinə fasilə verilməz) hətta bir neçə ölkədə əhaliyə internet müəyyən fasilələrlə verilir.

Artıq uzun illərdir internetdən, televizordan asılı olan, günün yarıdan çoxunu ofislərdə, küçədə, ictimai yerlərdə keçirən, istirahətlərini əyləncə mərkəzlərində edən toplumlarda bu vəziyyət insan münasibətlərinin səviyyəsini ortaya çıxardı. Məsələn, bir neçə saat əvvəl oxuduğum xəbərdə maraqlı bir faktla qarşılaşdım. Virusun mənbəyi olan Çində koronavirus hətta boşanmaların sayının artımına da ciddi təsir göstərib. Belə ki, virusa görə elan olunan karantinin başa çatdığı Xian şəhərində rekord səviyyədə boşanma müraciətləri qeydə alınıb. Çin mediasında yer alan xəbərə görə, Şanxi əyalətinin paytaxtında rəsmi dairələr qalaqlanmış boşanma sənədləri ilə qarşı-qarşıya qalıb.

Mütəxəssislər isə bu vəziyyəti belə dəyərləndirir. Bu qədər boşanma tələbinin yalnız iki əsas səbəbi ola bilər; təxminən iki ay davam edən karantin altında yaşayan cütlüklər arasında baş verən şiddətli keçimsizlik və epidemiyadan əvvəl boşanmağı planlaşdıran, amma karantinə görə bunu həyata keçirə bilməmələri.

Bir anlıq Çindəki gücləndirilmiş karantini Azərbaycanda təsəvvür etdim. Gözümün qabağına gələn mənzərə dəhşətlidir. Deyingən qadın tiplərinin vətəni sayılan ölkəmizdə, onlara bu əsası verən kişilərin də çoxluğunu nəzərə alsaq vəziyyətimiz Çindən daha dəhşətli olar. Qadına ev işlərində kömək etməyi kişi işi saymayan, evdə yaradılan düzəni pozan, təmizliyə riayət etməyən kişilərə etiraz olaraq qadınlar ən çox çənələrini işə salır. Təsəvvür edin, bütün günü kişi evdə oturur, siqaretdən çəkib “semiçka”dan çırtlayıb televizorda futbola baxır. Arada iki-üç dəfə də Əbülfəz kimi “Az çay gətir. Xoruzquyrğu” deyib qadının cinlərini təpəsinə qaldırır. Rəfiqəmdən soruşdum ki, Azərbaycanda 2 ay karantin elan olunsa, nə edərsən. Həddindən artıq təmizliyə düşkün olan rəfiqəmin cavabı da bu oldu, yəqin boşanarıq.

Hətta yadıma gəlir bir qonşumuz vardı ərindən boşanma səbəbi aşağı-yuxarı bu mövzu ilə bağlı idi. Uzun illər hamı onu qınadı ki, “Nolar adamın əri işləyər də işləməz də. Müvəqqəti çətinliyə görə də adam ərindən boşanar”
Baş alıb gedən bu şayiələrdən, pıçapıçlardan təngə gələn qadın boşanmasın əsl səbəbini açıb deyəndə hamı daha da təəccübləndi. Sən demə qadın ərindən işsiz qaldığı üçün deyil, evdə qaldığı müddətdə siçan ölüsü qoxuyan ayaqlarını yumadığına, hətta ayağından çıxan corabları evin ortasına, çarpayı altına atdığına görə boşanıb.

Vasvası insan olduğum üçün düşünürəm ki, mən də bu səbəb görə boşana bilərəm.
Koronavirusun qorxusundan 50-60 kvadratmetrlik mənzili dövr etməkdən başqa getməyə yeri olmayan Azərbaycan qadının bir əlində döşəmə silən, digər əlində tozsoranla vücudunda toplanan enerjini xaric etmək cəhdləri müsbət nəticə vermir. Bu zaman çənəni işə salıb, səs tellərini köməyə çağırır. Başlayır ailə daxili şiddət. Qadının kişiyə göstərdiyi mənəvi şiddətin qarşılığını Azərbaycan kişisi fiziki şiddət olaraq cavablandırır. İki aya ən nümunəvi Azərbaycan ailəsinin belə paxırları üzə çıxacaq.

Bəzi ailələrdə bekarçılıqdan köhnə palan içləri töküləcək ortalığa. Boşanma sayı Çindən 100 dəfə çox olar yəqin.
Bu mənzərə bir daha göstərir ki, dünya evinə ancaq yatandan-yatana gedən, ailə üzvləri ilə çox az ünsiyyətdə olan insanlarla doludur. Sən demə hamımız evimizdə bir-birimizə yadıq. İki ay karantin Çində boşanmaların sayını 300 dəfə artırıbsa bu insan münasibətlərindəki ciddi uçurumun olduğuna işarədir. Belə çıxır ki, koronavirus təkcə immun sistemimizin deyil, həm də münasibətlərimizin imtahandır.

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020
Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
16:29 22 Sentyabr 2020