Eston yazıçısının Bakıdan bəhs edən kitabının təqdimatı keçirildi

 Eston yazıçısının Bakıdan bəhs edən kitabının təqdimatı keçirildi
13 mart 2020
# 18:21

Bakı Kitab Mərkəzində eston yazıçısı və ictimai xadim Kersti Kivirüütün “Küləklər şəhəri” romanının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, “Küləklər şəhəri” əsəri əsasən sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir. Lakin bu hadisələr, zaman baxımından, Azərbaycan tarixinin müxtəlif dövrlərinə təsadüf edir. Belə ki, əsərdə yarımçıq qalmış işlərini tamamlamaq üçün sonrakı illərdə yenidən Bakıya can atan insanların burada öz cənnətlərini axtarıb tapmaq istəkləri təsvir olunur.

Azərbaycan xalqının tarixi köklərinə dair maraqlı faktlar, Xocalı faciəsi, öz doğma yurdlarından didərgin düşmüş insanların ağır yaşayış şəraiti və real həyat həqiqətləri arasında ortaq məqamlar əsərin əsas süjet xəttini təşkil edir. Macəra və detektiv janrında yazılmış romanın süjeti dramatik hadisələr üzərində qurulub. Əsərdə hadisələr azərbaycanlı idmançı Rüfətlə eston qızı Annelisin sevgi hekayəsi ətrafında cərəyan edir.

Kitabın təqdimat mərasimini giriş sözü ilə Kitab Mərkəzinin direktoru Günel Anarqızı açıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və bəzi başqa qonaqlar çıxış edərək “Küləklər şəhəri” kitabının mahiyyəti, bugünkü təqdimat mərasiminin əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, bu əsər Azərbaycan və Estoniya xalqları arasında dostluq bağlarının möhkəmlənməsinə böyük töhfə verəcək.

Kersti Kivirüüt və "Küləklər şəhəri" kitabını Azərbaycan dilinə tərcümə edən diaspor fəalı Sənəm Əliyeva kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Eston yazıçısı Kersti Kivirüüt göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

Tədbirin sonunda müəllif imzaladığı kitabları tədbir iştirakçılarına hədiyyə edib.

# 3269 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər