8 Martda doğulan kişilərin özəlliyi

8 Martda doğulan kişilərin özəlliyi
8 mart 2020
# 12:31

Bu günə kişilərin qadınlar qarşısında imtahan günü də demək olar. Sevginin, hörmətin, diqqətin dəyərin ölçü günüdür. Bir də 8 Martda doğulan kişilər var.

Bu gündə doğulan kişilərə patriarxal cəmiyyətdə nələr hiss etdirildiyini düşünmüsünüz? Damdan düşən Molla Nəsrəddinin sözü olmasın, “damdan düşənin halını, damdan düşən anlayar”. İndi 8 Mart günü dünyaya gələn kişilərin nə hiss etdiklərini ən yaxşı onunla eyni taleyi yaşayan kişilər anlayar.

8 Mart günü anadan olmuş sinif yoldaşım var idi. Oğlanlar qızlara hədiyyə alanda ona da alırdılar deyə, psixoloji travma yaşayırdı. Hirslənirdi, ağlayırdı, söyürdü...

Bir kişinin 8 Mart günü dünyaya gəlməsi uşaqlıq, yeniyetməlik dövründə bəla, gənclik və ailə həyatı qurduğu dövrlərində isə avantajdır. Təsəvvür edin, həyat yoldaşınız 8 Martda dünyaya gəlib və siz ondan hədiyyə tələb etməyə bir az abır-həya edirsiniz. Bütün kişilər bir həftə, hətta bir ay əvvəldən bu günə hazırlıq görəndə, əllərində gül-çiçək küçələrdə əsir-yesir olanda, 8 Martda dünyaya gələn kişilər daha rahat olur. Hamı onları təbrik edir və hədiyyə alır. Nəyi pisdi ki?

Bu gün dünyaya gələn məşhur kişilər isə qadınlar üçün hədiyyə hesab olunur.

Azərbaycanın görkəmli aktyoru Ağadadaş Qurbanov 8 Mart günü dünyaya gəlib.

Gallery

8 martda doğulan digər azərbaycanlı məşhur kişi yazar Məmməd Süleymanovdur. O doğum gününün 8 marta təsadüf etməsini özəllik hesab edir: “Bəxtim gətirib ki, bu gündə dünyaya gəlmişəm. Udmuşam da demək olar. Çünki mən bu günü başqa kişilərdən fərqli olaraq qadınlar gününü yox öz ad günümü qeyd edirəm”.

Gənclik illərində xanımını 8 Mart münasibəti ilə təbrik etsə də, artıq uzun müddətdir bu təbriki ixtisara saldığını deyir.

Gallery

“Kor ərəbin mahnısı” ilə məşhurluq əldə edən tanınmış xanəndə Məmmədəli Əliyev də 8 Mart günü doğulub. Onunla bağlı maraqlı faktlardan biri də odur ki, xanəndənin həyat yoldaşı da 8 Mart günü anadan olub. Amma sənətkar ad gününü qeyd etməyi sevməzmiş.

Gallery

Sovet teatrının və kinosunun seks simvolu Andrey Mironov əslində martın 7-də dünyaya gəlsə də, valideynləri onun doğum tarixini sənədlərdə 8 mart olaraq yazdırıblar. Sonralar onun haqqında deyirdilər:

“O anası, üç həyat yoldaşı, iki qız övladı və saysız xanım pərəstişkarları üçün bir hədiyyədir”.

Gallery

Rusiyanın tanınmış aktyorlarından olan Viktor Dobronov da 8 Martda doğulan məşhur kişilərdəndir. Aktyor doğum gününü bu günə təsadüf etməsini bir şans olaraq dəyərləndirir. Bildirir ki, onunla eyni taleyi yaşayan həmcinslərinin əksəriyyətindən fərqli olaraq dostlarının onunla bu günlə bağlı qadınsayağı zarafatlarından qətiyyən incimirdi. O məktəb illərində hər il oğlanların ona 8 Mart yazılı açıqca hədiyyə etdiklərini deyib gülür:

"Bir düşünün doğum günün elə əlamətdar bir gündədir ki, heç kim unutmur. Təbii ki, 8 Mart səhər saatlarından etibarən telefonlar susmur. Çünki hamı mənim ad günümü xatırlayır. Bir kişinin Beynəlxalq Qadınlar Günündə dünyaya gəlməsi çox əyləncəlidir”.

Gallery

Məşhur amerikalı aktyorlar Nik Zano və Ceyms Van Der Bik də Beynəlxalq Qadınlar Günü dünyaya gələn məşhurlardandır.

Gallery

Ceyms Van Der Bik qadınlar günündə dünyaya gəlməsi ilə fəxr edir: “Doğum günümü qadınlarla bölüşmək mənim üçün şərəfdir”.

Gallery

Tanınmış İspan aktyoru Fransisko Rabal, Hind aktyoru Fardin Xan, dünya şöhrətli Alman bəstəkarı Emmanuel Bax, XX əsrin məşhur rus yazıçısı İvan Stadnyuk da 8 Mart Beynəlxalq Qadınlar Günü dünyaya gələn məşhur kişilərdəndir.

Gallery

Gallery

# 6790 dəfə oxunub

Oxşar xəbərlər

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycanəsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycanəsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya”  mövzusunda sessiya keçirildi

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi

13:17 28 oktyabr 2026
"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər