Ay quzu otaran balaca Ənvər... – Günün şeiri

Ay quzu otaran balaca Ənvər... – Günün şeiri
2 mart 2020
# 11:15

Bu gün mərhum şair Ənvər Rzanın doğum günüdür. Kulis.az bu münasibətlə onun ən çox maraq doğuran şeirlərindən birini təqdim edir.

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nə dəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng bağçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da yəhərləyib mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti, a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

# 4674 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər