Müşfiq Şükürlü: “Qadınlarla müvəqqəti münasibətlər daha yaxşıdır” – Müsahibə

Müşfiq Şükürlü: “Qadınlarla müvəqqəti münasibətlər daha yaxşıdır” – Müsahibə
28 fevral 2020
# 14:49

Kulis.az “Səni deyirlər” layihəsindən son günlər gündəmdən düşməyən gənc yazar Müşfiq Şükürlü ilə söhbəti təqdim edir. Bu gün həm də Müşfiq bəyin doğum günüdür.

- Cavid Zeynallının paxıllığını niyə çəkirsən?

- Sovet kənd nəsrinə məhəbbətimdən (gülür). Vallah nə bilim. Cavid deyirsən, yəni, elə güclü yazıçıdı? Məncə, paxıllığı çəkilməli daha yaxşı imzalar var.

- Rəşad Məcid deyir, xəbər yaza bilmir. Doğrudur?

- Bu, niyə Rəşad müəllimi narahat edir, bilmirəm. O, elə deyirsə, elədi. Amma Rəşad Məcidin baş redaktoru olduğu qəzetdə işlədiyim iki il ərzində Rəşad Məcidin katibi olduğu AYB-nin cansıxıcı Natəvan klubundan reportajlar, xəbərlər az yazmamışam. Bacarmıramsa, gərək o vaxtdan deyəydi. Rəşad müəllimə hörmətim həmişə olub. Sadəcə, “525-ci qəzet” artıq öz məktəb dövrünü keçib. Ordan təzə imzalar çıxırmı yenə də? İnanmıram. O çərçivələrdə yazmaq bizim nəsil üçün artıq çətindir.

- Deyirlər, Gənc Ədiblər Məktəbində səndən istedadlı imzalar çox olub, buna görə hirsini onlardan çıxırsan?

- Məndən əvvəlki ədibləri deyirsən, yəqin. Klassikləri. Onlar klassikdir də artıq. Bizə modern təfəkkürlü ədiblər lazımdır.

- Deyirlər, Cavid Zeynallıdan yazmaq üçün səni Şərif Ağayar öyrədib. Yazının yaranma tarixçəsini danışarsan?

- Əlbəttə, Şərif məni öyrədir. Hətta arada mən də onu öyrədirəm. “Komandir” romanını tənqid etmişdim bir dəfə. Sərt şəkildə. Kulis.azda da yayımladı. Cavid haqda yazı belə yarandı ki, Rəşad Məcid gözlənilməz bir paylaşım elədi. Açığı, Cavid Zeynallının hekayəsini oxumaq fikrim yox idi. Çünki mən Cavidi tükənmiş yazıçı sayıram. Rəşad müəllimin statusu isə məni vadar elədi ki, o hekayəni oxuyum. Rəşad Məcidin ədəbi zövqü yaxşıdır. Amma Cavidin hekayəsi gerçəkdən nimdaş idi. Ola bilsin, Rəşad müəllimin nəsə ovqatına düşüb, yazıb. Ardınca da bir xeyli adam paylaşdı hekayəni. Unikal əsər kimi. Mənə qəribə göründü, əlbəttə. Kimsə yazmalı idi həqiqətləri. Missiyanı öz boynuma götürdüm (gülür).

- Əsəd Cahangirin də adını hallandıranlar var. Guya sən onun yetirməsisən. Boynuna al, belə bir iş varmı?

- Yazım yaxşı alınıb, yəqin. Bunu demək istəyirlər. Əsəd Cahangir istedadlı tənqidçidir. Şərifin, Əsədin yazılarını oxuyuram. Onlardan öyrənməyib kimdən öyrənim?!

- Sən canın, Prustu axıracan oxumusan?

- Guya ortasınacan oxusam nolacaqdı ki? Kitabdı da oxudum. Bir səhv eləm. Bir də oxumaram, Oğuz.

- Feysbukda niyə ingilis dilində parçalar paylaşırsan? Özünü intellektual göstərməyə çalışırsan?

- Görünürəmmi heç olmasa? (gülür). İngilis dilində nəsə paylaşmaq, yazmaq, danışmaq intellektuallıq olsaydı, onda ingilis dili müəllimləri bütün dünyanı idarə edərdi. İntellektuallığın ingiliscəsi, azərbaycancası, yəqin ki, olmur. Dərinə getsək, intellektuallıq elə düşüncə şousudur. Zəka tamaşası. İntellektual görünmək intellektuallığın mahiyyətindədir. Ziyanı yoxdur.

- Aygün Kazımova ilə bağlı yazıya görə səni kim öyrətmişdi?

- Ağlıma Şərif Ağayar gəldi, amma o, Röyanı daha çox sevir.

- Qadınlarla niyə yola getmirsən?

- Kişinin ağzı nədir qadınla yola getməsin. Əksinə, bir az feministliyim də var.

- Sevgilin varmı?

- Xoşbəxtlikdən yoxdur. Problemdir sevgili. Kişi qadından tez yorulur, adətən. Azad və müvəqqəti münasibətlər yaxşıdır.

- Səncə, doğurdan Kafkaya bənzəyirsən?

- Son vaxtlar oxşadıram. Üzdən amma. Kafkaya bənzəmək üçün bir az Kafka oxumaq, bir az anlaşılmaz, təzadlı fikirlərə sahib olmaq bəsdir. Bu xüsusiyyət məndə var bir az. Amma əvvəllər daha çox idi. Artıq konkret və aydın olmağa çalışıram.

- Qeybətləşdik, az qala ad günün yadımızdan çıxdı. Təbrik edirik. Ad günü sənin üçün nədir?

- Çox sağ ol! Ad gününün bir qəşəng tərəfi var. Yaşım artır. 26 oldu. Yaşımın da o vaxtıdır ki, istəyirsən 30-35 olasan tezcənə. Amma 50-də belə ləzzət alacammı? Bilmirəm. Xüsusi günləri formal olaraq qəbul edirik. Bayramlar necə, ad günü də elə. Nerde o eski Ramnazanlar?

- Gəl sonda bir test edək: ad gününü kiminlə keçirtmək istəyərdin?

1. Rəşad Məcid

2. Əsəd Cahangir

3. Şərif Ağayar

4. Cavid Zeynallı

5. Gözəl bir xanım

- Cavid Zeynallı (gülür).

# 5310 dəfə oxunub

Oxşar xəbərlər

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

12:00 17 yanvar 2026
Nobel Komitəsi: "Tarixdə mükafatın sahibi kimi məhz laureat qalır..."

Nobel Komitəsi: "Tarixdə mükafatın sahibi kimi məhz laureat qalır..."

11:40 17 yanvar 2026
Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı

Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı

10:20 17 yanvar 2026
Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

18:30 16 yanvar 2026
"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

16:35 16 yanvar 2026
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

15:43 16 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər