Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək

Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək
25 fevral 2020
# 11:43

Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, oktyabr ayının 9-10-da keçirilməsi nəzərdə tutulan Müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.

Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turdan ibarət müsabiqə simfonik orkestrin müşayiəti ilə keçiriləcək. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.

Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 15 min, 10 min, 5 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.

İştirak arzusunda olanlar mayın 12-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı http://m-magomaev.ru/ru/contest/Pologenie2020/ linkindən öyrənmək olar.

Xatırladaq ki, vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsində I yerə Azərbaycanın Əməkdar Artisti İlham Nəzərov, II yerə beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb.

# 3767 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər