Azərbaycanlı rəssamın əsərləri Moskvada təqdim edildi

Azərbaycanlı rəssamın əsərləri Moskvada təqdim edildi
22 fevral 2020
# 12:03

Moskvada Birinci Müasir İncəsənət Yarmarkası və “Art Russia” beynəlxalq art-forumu keçirilir.

Yarmarkada təqdim olunan əsərlər arasında azərbaycanlı rəssam Nigar Süleymanın da əl işləri var. Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində hələ kiçik yaşlarından rəsm çəkməyi sevdiyini deyib. “Uşaqlığımdan həmişə rəsm çəkməyi sevər və özümü rəssam hesab edərdim. Kətan üzərində yaratdıqlarım mənim təxəyyülümün, xəyallarımın və ruhumun vəziyyətinin bəhrəsidir. Mən rəsmlərim üzərində həmişə yaxşı əhval-ruhiyyədə və tələsmədən işləyirəm. Siz onların xoş enerjisini hiss edə bilərsiniz. Mənim dəstxəttim asanlıqla tanınır. Mən tapmacaları və bilməcələri çox sevirəm və bunları son 5 ildə əsərlərimdə əks etdirirəm. Bu həndəsi abstraksiyaları nəzərdən keçirərkən öz düşüncələrini sahmana salmaq və cari tapşırığın düzgün həllini tapmaq mümkündür. Mənim əsərlərimlə tanış olun, siz də uzun müddətə müsbət emosiyalar və təəssüratlar alacaqsınız”, - deyə rəssam bildirib.

Moskvada, “Qostinnıy dvor”da təşkil olunan Müasir İncəsənət Yarmarkası və “Art Russia” beynəlxalq art-forumu Rusiya, Azərbaycan, Fransa, ABŞ və digər ölkələrin 15 aparıcı qalereyasını və 65 rəssamını birləşdirir. “Art Russia”nın həmtəsisçisi və direktoru Yelizaveta Frolova yarmarkanın hər il təşkil olunacağını bildirib./azertag.az/

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər