Yazıçımızın kitabı rus dilində - "Əsir qadın"

Yazıçımızın kitabı rus dilində - "Əsir qadın"
20 fevral 2020
# 18:49

Yazıçı Meyxoş Abdullahın “Əsir qadın” romanı rus dilində (“Plenniça”) çapdan çıxıb.

Kulis.az xəbər verir ki, real faktlar üzərində yazılan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub. Romanın ilk adı “İt anası” olub.

M.Abdulla qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır:

“Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu. Çox istərdim, xalqını, Vətənini və torpaqlarımız uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq “Əsir qadın”a film çəkilsin”.

Onu da qeyd edək ki, rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutularaq Xocalı faciəsini özündə əks etdirən, əsir düşən azərbaycanlı qadının məşəqqətli həyatından bəhs olunan “Əsir qadın” romanı rus dilində beş yüz tirajla çap olunub. Romanın Təranə Məmməd tərcümə etmiş, redaktoru isə Leyla Qədirzadədir. Əsər Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində oxuculara təqdim olunacaq.

# 3608 dəfə oxunub

Oxşar xəbərlər

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər