news-inner
clock12:27 calendar-gray 20 Fevral 2020 view-gray26687 dəfə oxunub
view-gray26687 dəfə oxunub

Qızı ona görə özünü öldürdü - Tanınmış şairdən maraqlı faktlar

Bu gün Əliağa Kürçaylının doğum günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.

***

Doqquzuncu sinifdə məktəbi yarımçıq qoyub və Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.

***

Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, sonra işini Rus Dram Teatrında eyni vəzifəyə dəyişib. Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.

***

Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:

“Əliağanın anası ölənədək deyirdi ki, oğlum, sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

Gallery

***

Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: "Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla - həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq".

***

O dövr Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərir: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...

Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir. Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.

Gallery

***

Şair ailə qurandan sonra ağır günləri çox olub. İki uşaqları olub. Birinci oğlu Ülfət, ikinci qızı Ülkər dünyaya gəlib. Kirayədə yaşayan ailə bir müddət maddi çətinliklərlə üzləşiblər.

***

Xalq rəssamı Mikayıl Abdullayev Nəsiminin portretini Əliağa Kürçaylıya baxıb çəkib.

***

Mollalarla arası yox imiş. Yolda izdə molla ilə rast gəlsə, məzələnərdi. Bir dəfə molla ilə rast gəlir, öskürür, mollanın yadına salır ki, azan vaxtıdır, tələs.

***

Şair bir il müddətində “Yazıçı” nəşriyyatına rəhbərlik edib. Hamını çap etmirdi. Buna görə çox vaxt əsəb, gərginlik yaşayırdı. Bir gün dostu Tofiq Bayram otağına gəlib. Stolunun üstünə bir balaca kitab qoyub ki, qol çək, çap olunsun. Əliağa şeirlərə göz atıb, baxıb çox zəifdir. Deyib, Tofiq bu kitabdan çaxır iyi gəlir.

***

Əliağa Kürçaylının ədəbi mühitdə ləqəbi qırmızı olub. Çünki qırmızı danışırmış, həm də yanağı qırmızı olub.

***

Şair xərçəng xəstəlikdən əziyyət çəkirdi. Ölümünə 20 dəqiqə qalmış qızı Ülkər atasının halından xəbər tutur. Qardaşı bacısını başa salmağa cəhd edir, amma çifayda! Ülkər atasını ölü tək çarpayıda görür. Hamı ağlayırdı. Qardaşı o ağır günləri belə xatırlayır:
“Atama yaxınlaşdı. Üzünü örtmüşdük. İndi də ürəyimdə qalıb: onun atama yaxınlaşıb öpməsinə imkan vermədim. Dedim, halı lap pisləşər. Guya yaxşılıq eləyirdim. Hərdən fikirləşirəm, bəlkə, qoysaydım, ataya sarılsaydı, belə eləməzdi. Otaqdan çıxdı. Onda mənim 25, onun 23 yaşı vardı. Birdən ayıldım ki, Ülkər yoxdu. Axtardım, balaca bir kağız tapdım: “Məni axtarmayın. Ülkər”

***

Gallery

Ülkər intihar edir. Özünü dənizə atır. Dalğıclar xilas etsələr də qorxudan ürəyi partlayır.

***

Əliağa Kürçaylı 1980-ci il, fevralın 11-də, 51 yaşında vəfat edib.

***

Əliağa Kürçaylının bu şeiri Azərbaycan ədəbiyyatında ən gözəl şeirlərdən biri hesab edilir.

İstərəm

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

news-inner-user

15801 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020