Elza Seyidcahanı döyənlər və döydürənlər - Günel Musa yazır

Elza Seyidcahanı döyənlər və döydürənlər - Günel Musa yazır
11 fevral 2020
# 13:28

Bir neçə il əvvəl Elza Seyidcahan qadına şiddətlə bağlı əhəmiyyətli bir sosial çarxa çəkilmişdi. Qadınlara qarşı şiddətə etiraz edən sənətçi bu gün özü şiddət qurbanı oldu.

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd, əməkdar artist Elza Seyidcahanın məntəqə sədrləri tərəfindən döyüldüyü iddia edilir. Müğənninin mediaya verdiyi açıqlama və sosial şəbəkələrdə yayılan ürək ağrıdan kadrlar xəbər saytlarında manşet oldu.

Budur Azərbaycan insanı yenə də öz ampluasındadır. Dünyanın ildən-ilə dəyişdiyi bir dövrdə beynimiz və hadisələrə baxış bucağımız zərrə qədər də olsun dəyişmir. Bu məsələdə də fiziki zorakılıq ön sıradadır.

Hamımızın içimizi çəkərək izlədiyimiz o kadrlar əslində bizə çox da yad deyil. Sənətçi olduğu üçün diqqət çəkən bu zorakılıq hadisəsi məşhur olmayanların başına gələndə bağlı qapı arxasından kənara çıxmır.

Çox adam bilməsə də media nümayəndələri zaman-zaman ən məşhur qadınların belə müxtəlif situasiyalarda əks cinsin nümayəndəsi tərəfindən döyülməsi faktını bilir. Amma çoxu bu döyülmə hadisələrinin üstünü ciddi-cəhdlə örtməyə çalışır. Elza Seyidcahan şiddətə məruz qaldığını insanlara bildirməklə bu ölkədə cəmiyyətin ən məşhur və azad ruhlu qadınlarının belə fiziki zorakılığa məruz qaldığını göstərdi. Sənətçi sübut etdi ki, şöhrət belə qadınları şillə-təpikdən qoruya bilmir.

Tərzi və ifası hər nə qədər mənim zövqümə uyğun olmasa da, Elza Seyidcahan sənət adamıdır. Onun millətin yanında olmaq istəyinə, bizə vəkillik etmək üçün yarışa girən əksər namizədlərdən daha çox inanmışdım. Onun xalqa yaxınlaşması vicdanına qədər məmurlaşan kişilərdən daha saf idi. Müğənninin Vatsap statuslarında paylaşdığı fotolarda insanların üzlərindəki o sevgini sezmək çətin deyildi. Bu qədər insan sevgisi Elza Seyidcahanın səs toplama ehtimallarını gücləndirirdi. Haqlı ikən günahkar olduğumuz cəmiyyətdə Elza Seyidcahan sadəcə növbəti nümunə idi.

Ən acınacaqlısı isə həmin məntəqədə müşahidəçi qismində iştirak edən qadınlar bir vaxt onların haqlarını müdafiə edən həmcinsini qolu zorlu kişinin caynağından xilas etmək üçün heç bir müdaxilə etməyiblər.
Burda daha dəhşətli mənzərə, cəmiyyətin sənətçiyə olan münasibəti deyil, qadının qadına olan laqeyidliyidir. Əlbəttə ki, Elza Seyidcahan bu toplumda döyülən ilk qadın deyil, heç sonuncu da olmayacaq. Qadına qarşı göstərilən bu aqresiya, məğlub olmağı həzm edə bilməmək hikkəsinin başında isə cəhalət dayanır. Biz bu cəhalətlə mübarizəmizi hələ görünür dünyanın sonuna qədər davam etdirməli olacağıq. Ehtiyacımız olan yeganə şey isə - məşhur ya da sıravi fərq etməz - qadına qarşı yönələn şiddətə eyni şəkildə münasibət sərgiləməkdir.

Məsələni aidiyyəti orqanların diqqətinə çatdırana qədər reaksiyalarımız kəskin olmalıdır. Gerisi onsuz da corab söküyü kimi gələcək.

# 6675 dəfə oxunub

Oxşar xəbərlər

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər