news-inner
clock10:23 calendar-gray 10 Fevral 2020 view-gray1116 dəfə oxunub
view-gray1116 dəfə oxunub

İnsan necə parazitə çevrilir? – Sevda Sultanova Oskarda qalib gələn filmdən yazır

Kulis.az 92-ci Oskar yarışmasında dörd nominasiya üzrə qalib olan (ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari, ən orijinal ssenari) Cənubi Koreya istehsalı Pon Çjun Honun “Parazitlər” filmli haqqında kinotənqidçi Sevda Sultanovanın yazısını təqdim edir.

Cənubi Koreyalı rejissor Pon Çjun Honun “Parazitlər” komediya dramı 2019-cu il Kann kinofestivalında əsas mükafata Qızıl Palma budağına da layiq görülüb.

Süjet: Əhvalat yarımzirzəmidə yaşayan, maddi çətinlikləri olan bir ailədən bəhs edir. Ölkədə işsizlikdir və ailə üzvləri azqazanclı işlərlə kifayətlənməli olurlar. Onlar pizza üçün qutular düzəldir, hərçənd, işlərindəki səliqəsizlik şirkəti narazı salır. Ailənin oğlu Ki Unun (Uşik Çxve) dostu ondan zəngin ailənin qızını ingiliscədən hazırlaşdırmağı xahiş edir. Hadisələrin sonrakı gedişatında Ki U, zəngin ailənin xanımı Pak Yon Kyönun (Ço Yodjon) güvənini qazanır. Və onun qəribə rəsmlər çəkən balaca oğluna peşəkar rəsm müəlliməsini - bacısı Ki Conu (So-dom Pak) məsləhət görür. Beləcə, Ki Con atası Kimi (Son Kan Ho) ailənin sürücüsü, atası isə arvadını evin təsərrüfat işlərinin peşəkar idarəçisi kimi təklif edir. Əvəzində isə Kimin ailəsi əvvəlki sürücünü və xidmətçini böhtan ataraq işdən uzaqlaşdırırlar. Zəngin Pak ailəsi isə onların bir-birinə qohum olduğundan xəbərsizdir...

Image result for Parasite film

“Parazitlər” məzmun, süjet oxşarlığına görə Yeni fransız dalğasının parlaq nümayəndələrdinən biri Klod Şabrolun “Mərasim” dramından (1995) təsirlənmədir. Hər iki film bu fikirləri irəli sürür: sosial şərait fərdi heyvana çevirə, zorakılığa məcbur edə bilər. Mərhəmət, humanizm, meşşanlıq, acgözlük hansısa sosial təbəqənin xarakterik göstəriciləri deyil. Hər iki filmdə aşağı təbəqə onlara mərhəmət göstərən, işə götürən varlı sahiblərinin əmlakını fürsət düşdükcə istehlak edirlər. Sosial ədalətsizliyin qisasını onları talamaqla, istehza etməklə, öldürməklə alırlar. Zahirən mərhəmətli görünən yuxarı təbəqə isə onların ikinci sinif olduğunu necəsə büruzə verir. Bu mənada əhvalatda konflikt fərdlər yox, siniflərarasıdır.

“Parazitlər” “Mərasim”dən başqa bir dramaturji gedişi ilə fərqlənir. Kimin ailəsi bu zəngin ailəyə xidmət etmək istəyən başqa bir yoxsul ailə ilə savaşa çıxır, biri digərini qətlə yetirir. Beləliklə, rejissor filminə daha da sarkastik ton verir.

Şabrolun “Mərasim” filminin final səhnələrindən birində Jorj ailəsi ilə birlikdə klassik musiqi dinləyir. O, klassik musiqini dinləməyə xüsusi hazırlıq görür, geyinir-keçinir. Onun qulluqçusu Sofi rəfiqəsi ilə birlikdə zənginlərin konsert – həzz mərasimini özlərinin həzzinə cinayət mərasiminə çevirir və bütün ailə üzvlərini öldürürlər. “Parazitlər”in son səhnələrdən birində isə ailənin kiçik oğlunun dəbdəbəli ad günü mərasimini yoxsul ailələr cinayət mərasiminə döndərir. Digər yoxsul ailə Kimin qızını, Kimin arvadı isə qızının qatilini öldürür. Və Kim yoxsullardan gələn qoxuya görə burnunu tutan mister Pakı qətlə yetirir. Əsas konflikt yenə də siniflərarası münasibətə gəlib çıxır. Çünki Kim təsadüfən mister Pakın arvadı ilə, ondan gələn qoxunu ikrahla müzakirəsini eşidir. Onların məhz ikrah və istehzalı münasibəti, onlara ikinci dərəcəli adam kimi yanaşması onun cinayətində rol oynayır.

Yaranmış şəraitin qurbanı olan fərdlər yeni texnologiyalardan istifadə edərək yaşamaq uğrunda mübarizə aparır. Şərtlər dəyişir, inkişaf gedir, insan təbiəti dəyişmir və sinfi ziddiyyətlər qalır.

Oxşar xəbərlər

Xəbər lenti

Bizi belə öldürdülər - Şəhriyardan yeni şeir
22:45 25 Fevral 2020
Həyat kredonuza çevriləcək aforizmlər
21:01 25 Fevral 2020
İncəsənət Muzeyində ustad dərsləri keçirilib
19:00 25 Fevral 2020
Küçələrdə hər kəsi əyləndirən rəssam - Fotolar
18:25 25 Fevral 2020
Ceki Çan koronavirusa yoluxdu? - Açıqlama
17:47 25 Fevral 2020
Əzab nədir, sevgilərin sonrası? - Yeni şeirlər
17:09 25 Fevral 2020
Röya pulsuz konsert verəcək
16:30 25 Fevral 2020
Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
15:53 25 Fevral 2020
Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı
15:14 25 Fevral 2020
Rəssamımız dünyanın ən böyük surrealizm sərgisində
14:40 25 Fevral 2020
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
14:08 25 Fevral 2020
"Cəhənnəmdə 8 gün"ün premyerası oldu
13:34 25 Fevral 2020
Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu
12:57 25 Fevral 2020
Qara günü fürsət bilənlər: Maska oğruları
12:15 25 Fevral 2020
Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək
11:43 25 Fevral 2020
Tarix müəlliminin kədəri... - Cavid Zeynallıdan yeni hekayə
11:03 25 Fevral 2020
"Yazıçılar Birliyi Anarın və Fikrət Qocanın müdafiə komitəsinə çevrilib" - Müsahibə
10:19 25 Fevral 2020
Koronavirusu arzulayan azərbaycanlılıar
10:14 25 Fevral 2020
Musiqiçimiz Böyük Britaniyada konsert verəcək
09:42 25 Fevral 2020
Möhlət - İsi Məlikzadənin hekayəsi
09:00 25 Fevral 2020