"Yuğ"da "Şok"

"Yuğ"da "Şok"
8 fevral 2020
# 15:57

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını fevral ayının 22-də tamaşaçıların ixtiyarına verəcək.

Kulis.az xəbər verir ki, rejissor Günay Səttarın quruluşu əsasında baxılacaq tamaşanın musiqi bəstəsi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid

Şərifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək.

Səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

# 3948 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər