“Qadınım, fahişəm, səni sevirəm…”

“Qadınım, fahişəm, səni sevirəm…”
22 oktyabr 2012
# 07:15
Kulis.az “Məşhurların məktubları” silsiləsindən sizə daha üç yazıçının məktublarını təqdim edir:

Oskar Uayldın Lord Alfred Duqlasa məktubu, 1893-сü il

“Əzizim,
Yazdığın sonet çox yaxşıdır və necə böyük möcüzədir ki, sənin qızılgül qırmızısı dodaqların təkcə musiqinin çılğınlığı üçün deyil, öpüşün də çılğınlığı üçün yaradılıb. İncə və zərif ruhun ehtiras və şeir arasında gəzişir. Qədim Yunanıstandakı Hiyakinfus - Apollonun dəlicəsinə sevdiyi o insan sən olmusan, bilirəm. Niyə Londonda təksən və Soulzberiyə nə vaxt gedirsən? Get ora və gotik boz alatoranda əllərini sərinlət və nə vaxt ürəyin istəsə, gəl bura. Bura çox gözəl yerdir, bircə sən yoxsan; amma Soulzberiye mütləq get.
Heç vaxt ölməyəcək sevgimlə,
Sənin Oskarın”.

Qeyd: Bu məktub Uayldın məhkəməsində dəlil kimi istifadə olunan mətnlərdən biri olub.

Ernest Heminqueyin Meri Uelşə (dördüncü arvadı), 1945-ci il

“Dəcəlim,
İndi Paxte, Don Andres və Qreqorini də götürüb gəmiyə minəcəyəm, bütün günü dənizdə olacağam, sonra məktublar, ya da ən azı bir məktub gəldiyi ümidiylə evə qayıdacağam. Bəlkə də belə olacaq: geri qayıdanda məktub görməsəm, qanım it qanına dönəcək. Amma sən bilirsən, mən necə öhdəsindən gələcəyəm bunun, elə deyil? Səhərə qədər ümidimi üzməyəcəyəm.
Mənə mütləq yaz, Dəcəlim. Sənsizlik cəhənnəm kimidir, çalışıram həmişəki kimi yaşayım, amma az qalır, sənin həsrətindən ölüm. Sənə bir şey olsa, Zooparkda dişisini itirən heyvan kimi mən də ölərəm.
Mənim sevimli Marim, bil ki, səbirsiz deyiləm, sadəcə çarəsizəm.
Ernestin”.

Çarlz Bukovskinin Linda Kinqə məktubu, 1972-ci il

“Səninlə əl-ələ tutub gəzməyi sevirəm; bu içimi cəhənnəm alovundan da çox yandırır… sən yeni şeirlər, yeni sevinc, yeni ümid, yeni vərdişsən, səni sevirəm…sənin pişik tükü kimi zərif saçlarını barmaqlarımda hiss edirəm…başını çevirib dilini dodaqlarımla dişləyəcəyəm, dilimlə...biz Burbankda olanda sənə vuruldum, stimulum, qadınım, fahişəm, səni sevirəm…
Səni istəyirəm,
Səni istəyirəm,
SƏNİ istəyirəm,
SƏNİ SƏNİ SƏNİ…”

Hazırladı: Rena NEVZAT

Mənbə: “Huffington Post”
# 2856 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər