Qayınatasından yaşca böyük olan Xalq artisti - Maraqlı faktlar

Qayınatasından yaşca böyük olan Xalq artisti - Maraqlı faktlar
29 oktyabr 2022
# 21:00

Kulis.az Xalq artisti Elxan Əhədzadə haqqında maraqlı faktları təqdim edir.

Elxan Əhədzadə 1948-ci il, yanvarın 30-da Bakıda musiqiçi ailəsində anadan olub.

***

Gələcəyin məşhur sənətçisi olacaq Elxan Cəfər Cabbarlı adına kinostudiyanın nəzdində açılan kinoaktyorluq kursunda Adil İsgəndərovdan dərs alıb. İki il sonra Rus Dram Teatrında aktyor kimi də fəaliyyətə başlayıb və bir neçə tamaşada maraqlı obrazlar canlandırıb.

***

Ali məktəbə gec qəbul olub. İncəsənət İnstitutunun musiqili teatr aktyorluğu fakültəsinə daxil olanda Elxanın 24 yaşı vardı. Təhsil ocağında gələcək həyat yoldaşı olacaq qızla tanış olub.

***

Gallery

Cütlüyün evlilikləri cəmi 2 il çəkib. Səbəbi isə sevib ailə qurmayıblar. Qız hamilə olduğundan Elxan məcburiyyətdən evlənib. Çünki işin üstü açılsaydı, institutdan qovula bilərdi. Oğullarının 1 yaşı olanda ayrılıblar.

***

Sənətkarın həyatı yaradıcılığından daha təzadlı, qeyri-adi faktlarla zəngindir. Zahirən sərt, soyuq təsir bağışlayan Elxan Əhədzadə əslində ürəyiyumşaq, mülayim, gənclərə kömək etməkdə həvəsli olduğu bilinib.

***

Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ.Kalmanın “Nümunəvi qaraçı” operettasında Pali Rac, F.Leqarın “Şən dul qadın” operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin “Səhnədə məhəbbət” operettasında Rüstəm, Q.Qarayevin “Çılğın Qaskoniyalı” əsərində Sirano kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir.

Gallery

***

Səhnədə yaratdığı obrazlarla diqqət çəkən sənətkar həm də yaşından çox gənc görünürdü. Bəlkə də bu səbəbdən onun ikinci evliliyi özündən 28 yaş kiçik xanımla oldu.

***

Elxan Əhədzadə sevdiyi qıza heç cür yaxınlaşa bilmirdi. Yaş fərqinə görə cəsarət edə bilmirdi. Onda qızın 22 yaşı, Elxanın isə 50 yaşı vardı. Özünü toparlaya bilən sənətkar qızgilə elçi gedir. Səbinə xanım da onu sevir. Bir faktı da qeyd edək ki, Elxan qayınatasından da 11 ay böyük olub.

***

Cütlüyün münasibətləri rəsmiləşir, ancaq toy keçirilmir. Səbəbsə sənətkarın ikinci dəfə ailə həyatı qurmasıydı.

Gallery

***

56 yaşında ikinci dəfə ata olan Elxan Əhədzadə arzusuna uyğun olaraq, uşağa ya Raul, ya da Rafael adı qoyulmalıydı. Yekunda Rafael adı seçilir.

***

2006-cı ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür.

***

Elxan Əhədzadə nə qədər gümrah, sağlam olsa da get-gedə səhhətində problemlər yaranmağa başlayır. Bütün bunlara səbəb isə onun gözündən əməliyyat olunması olur. Sənətkarda hepatit C virusu aşkarlanıb.

Gallery

***

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti xəstəxanaya getməkdən imtina edir və 2010-cu il, oktyabrın 8-də dünyasını dəyişir.

***

Elxan Əhədzadənin dəfn mərasimində birinci həyat yoldaşı və böyük oğlu iştirak etmirlər. Hətta mərasimdə onun sənət yoldaşları da olmur.

***

Gallery

Ailəsi onun Fəxri Xiyabanda dəfn olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, cavab yaxşı olmur. Nazirlik cavabında deyir ki, hər xalq artistini orada basdırsaq, yer qalmaz. Beləliklə də ailəsi onu Xırdalanda - anasının ayağı altında dəfn edirlər.

# 27514 dəfə oxunub

Oxşar xəbərlər

“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

14:12 27 aprel 2026
“Hər qələmdən bir həyat”  adlı antologiyanın təqdimatı keçirildi

“Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimatı keçirildi

13:54 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər