Berlin Film Festivalında bu filmlər yarışacaq - Siyahı

Berlin Film Festivalında bu filmlər yarışacaq - Siyahı
29 yanvar 2020
# 18:35

Almaniyanın paytaxtı Berlində 70-ci Berlin film festivalında “Qızıl ayı” mükafatı uğrunda 18 film yarışacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, festivalın açılışı fevralın 20-də kanadalı rejissor Filipp Falardonun "Mənim sevgilim İli" filminin nümayişi ilə baş tutacaq. Festival çərçivəsində 71 ölkədən 340 film nümayiş olunacaq.

Festivalın müsabiqə bölümündə isə 18 ölkədən 18 film "Qızıl ayı" mükafatı uğrunda mübarizə aparacaq.

"Qızıl ayı" və "Gümüşü ayı" alacaq filmləri təyin edəcək beynəlxalq münsiflər heyətinə Ceremi İrons sədrlik edəcək. Münsiflər heyətinin üzvləri gələn həftə açıqlanacaq.

Bir çox məşhur simaların iştirak edəcəyi festivalda mükafat Fevralın 29-da sahiblərinə təqdim olunacaq.

Berində "Qızıl ayı" uğrunda mübarizə aparacaq filmlər bunlardır:

Buran Kvrbani - “Berlin Alexanderpltaz”

İli Xrjanovski - “Dau. Nataşa”

Xon San Su - “Qaçan qadın”

Benua Delepin, Qustav Kervern - “Tarixi silin”

Natalya Meta - “Qarşıdakı gələcək”

Fabio Dinnozenco, Damian Dinnozenco - “Facolacce”

Kelli Rayxard - “İlk inək”

Ritxi Pann - “Şüalanma”

Filipp Qarel - “Göz yaşının duzu”

Eliza Xittman - “Heç vaxt, nadir hallarda, həmişə, bəzən”

Tsay Minlyan - “Rizi”

Salli Potter - “Seçilməmiş yollar”

Stefani Şua, Veronika Reymond - “Bacıcığaz”

Moxammad Rasulof - “Pislik yoxdur”

Abel Ferrara - “Sibiria”

Marko Dutra, Getano Kotardo - “Hər kəs ölüdür”

Kristian Petstold - “Undina”

Corco Diritti - “Mən gizlənmək istəyirəm”

# 5113 dəfə oxunub

Oxşar xəbərlər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər