Merilin Monronun büstqalteri 14 min dollara satılıb

Merilin Monronun büstqalteri 14 min dollara satılıb
20 oktyabr 2012
# 07:45
Kulis.az məşhurlar haqda 15 faktı təqdim edir.

Yuli Sezarın avtoqrafı 2 milyon dollardır. Amma hələ tapılmayıb.

***

Çarlz Dikkens həmişə üzü şimala doğru yatarmış. Belə hesab edirmiş ki, bu onun istedadının artmağına kömək edir.

***

Çində qərb adlarından ən məşhurları: İsa Məsih, Riçard Nikson və Elvis Presli.

***

Tommas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

***

Alferd Nobel öz adına mükafatı ona görə təsis etmişdi ki, onu dinamiti kəşf etdiyinə görə pis xatırlamasınlar.

***

Hərracda Merilin Monronun büstqalteri 14 min dollara satılıb.

***

İkinci dünya müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.



***

Birinci Yekaterina axşam saat 9-a qədər heç kimi qəbul etmirdi.

***

Birinci Yelizavetanın dövründə isə saqqal vergisi varmış.

***

Con Pol Qetti dünyanın ən varlı adamlarından biri idi və evində taksofonu vardı.

***

Çörçill gündə 15 siqar çəkirmiş.

***

İtaliyanın bayrağını Napoleon hazırlayıb.

***

Kral Solomonun İsraildə təxminən 700 arvadı və yüzlərlə sevgilisi vardı.

***

1944-cü ildə Fidel Kastro Kubada orta məktəbdə ən yaxşı idmançı seçilmişdi.

***

Motsart heç vaxt məktəbə getməmişdi.

***

Brus Li “Ölüm oyunu” filminin tamamlamış vəfat edib. Filmi yarımçıq saxlamaq istəməyən prodüserlər onun yerinə başqa aktyoru çəkiblər. Hətta Brus Linin dəfn mərasimini də lentə alıb filmə əlavə ediblər.

***

Məşhur rəssam Pablo Pikassonun tam adı belədir: Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso. Pikasso ailəsi yaxın qohumlarının və müqəddəslərin xatirəsini yaşatmaq üçün bu adları gələcəyin məşhur rəssamına qoyublar.

***

Bir neçə məşhur musiqiçi - Kurt Cobain (Nirvana), Jim Morrison, Jimi Hendrix, Janis Joplin 27 yaşında vəfat edib. Buna görə də “27-lə klubu” deyə bir anlayış yaranıb. Bu kluba sonuncu qatılan isə Amy Winehouse oldu.

***

“Bitlz” qrupundan heç kim notu oxuya bilmirdi. Con Lennon 1980-ci ildə bir müsahibəsində bunu etiraf etmişdi: “Heç birimiz not oxuya və yaza bilmirik”.

Rəna Nevzat
# 2677 dəfə oxunub

Oxşar xəbərlər

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər