3 yazıçımız London mükafatının qısa siyahısında

3 yazıçımız London mükafatının qısa siyahısında
10 yanvar 2020
# 15:26

Azərbaycan yazıçılarının əsərləri Beynəlxalq Yazıçılar İttifaqı ilə Böyük Britaniya Yazıçılar Birliyinin bütün dünyada rusdilli və ingilisdilli müəllifləri birləşdirmək məqsədilə təsis etdikləri 2015-2019-cu illərin Beynəlxalq London Ədəbiyyat Mükafatının qısa siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, mükafat böyük nəsr, kiçik nəsr, jurnalistika - Çarlz Dikkenz, poeziya, esseistika - Lord Corc Noel Qordon Bayron, tənqid - Samuel Conson, dramaturgiya - Uilyam Şekspir, fantastika - Lyuis Kerroll, tərcümə (ingilis dilindən rus dilinə, rus dilindən ingilis dilinə) - Mixail Leonidoviç Lozinski adına nominasiyalar üzrə təqdim edilir.

“London Award Nominee 2015-2019” qısa-siyahısına daxil edilən Rusiya, Almaniya, ABŞ, Özbəkistan, İsrail, Qırğızıstan və Litvadan olan müəlliflərin 42 əsəri içərisində Azərbaycan təmsilçiləri Zeytulla Cabbarovun “Şərq motivləri” - “Poeziya”, Varis Yolçuyevin “Metamorphosis. A story of one night" - “Kiçik nəsr”, Səriyyə Məmmədovanın “Müəllifin ucadan söylənən qısa düşüncələr və fikirlər” əsəri – “Kiçik nəsr” nominasiyalarında yer alıb.

Təşkilatçıların sözlərinə görə, nüfuzlu Beynəlxalq London Ədəbiyyat Mükafatının əsas namizədlərinin yekun siyahısına bir neçə adı əlavə etmək qalıb. Nüfuzlu rusdilli və ingilisdilli yazıçıların və ədəbi tənqidçilərin daxil olduğu münsiflər heyəti mükafat finalçıları olan əsərləri seçərək onları konfransa, ustad dərslərinə və Böyük Britaniyada London Mükafatının mükafatlandırma mərasiminə dəvət edəcək. Burada yuxarıda göstərilən nominasiyalar üzrə qaliblər və qran-pri mükafatları təqdim ediləcək. Bundan başqa, finalçılar sırasından təşkilat komitəsinin xüsusi mükafatına, London Mükafatının medalına, diplomlar və qiymətli hədiyyələrə layiq görülən müəlliflər seçiləcək.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan müəlliflərin əsərlərinin qəbuluna ötən ilin sentyabrın 1-dən başlanılıb.

# 3823 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər