İlqar Rəsulun yeni kitabı nəşr olundu - "Unudulmuş"

İlqar Rəsulun yeni kitabı nəşr olundu - "Unudulmuş"
7 yanvar 2020
# 16:28

Yazıçı-publisist İlqar Rəsulun “Mücrü” Nəşriyyatında “Unudulmuş” adlı şeirlər kitabı işıq üzü görüb.

Kulis.az-a “Mücrü” nəşriyyatından verilən xəbərə görə, kitabda yazıçı İlqar Rəsulun müxtəlif vaxtlarda yazdığı şeirlər toplanıb.

“Ötən ilin son günlərində fəaliyyətə başladıq və ilk dəstək yazıçı dostumuz İlqar Rəsuldan gəldi. İlqar Rəsul müxtəlif illərdə qələmə aldığı şeirlərin kitab şəklində nəşrini bizə etibar etdi. Biz də nəşriyyat olaraq çox çevik və keyfiyyətlə kitabın nəşrini həyata keçirdik və ötən ilin son günü kitab işıq üzü gördü. “Unudulmuş” şeirlər toplusu “Mücrü” Nəşriyyatının “Poeziya” silsiləsindən işıq üzü görən ilk kitab olmaqla yanaşı, həm də nəşriyyatımızda çap olunan ilk kitabdır. Yaxın vaxtlarda kitabın geniş oxucu auditoriyasına təqdimatını və imza gününü keçirəcəyik".

Kitabın naşiri Müşfiq XAN, redaktoru Cəlil Cavanşirdir. Tərtibat və dizayn isə Fərid Əliyevə məxsusdur.

# 4713 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər