İnsan bədəni ilə bağlı bu faktlar sizi heyrətləndirəcək

İnsan bədəni ilə bağlı bu faktlar sizi heyrətləndirəcək
8 yanvar 2020
# 18:10

Kulis.az insan bədəni haqqında heyrət edici faktları təqdim edir.

İnsan bədənindəki elektrik enerjisi 25 Vatlıq bir lampanı bir neçə dəqiqə işlədə bilər.

Barmaq izi kimi hərkəsin dil izi də fərqlidir.

Yetkin insanlarda körpə uşaqdan daha az sümük vardır. İnsan doğulduqda təxminən 270 sümüyü olur, ancaq inkişaf müddəti ərzində sümüklər əriyib bir-birinə qarışır və yetkin yaşa çatdıqda bədəndə sadəcə 206 sümük qalır.

Bədəninizin hər kvadrat santimetrinə düşən tük sayı şimpanzenin tük sayı ilə eynidir. Xoşbəxtlikdən insanların tükləri daha açıq rənglidir və çox insanlarda əhəmiyyətli hissəsi görünmür.

Mədənin selikli qişasının xarici təbəqəsinin ömrü çox qısa olduğu üçün onun 3-4 gündən bir yeniləndiyini bilirdinizmi? Əgər yenilənməsəydi, mədənizə düşən qidaları həzm etmək üçün istifadə edilən güclü turşular eyni zamanda mədəyə də zərər verəcəkdi.

Qulaq çirki qulağın sağlamlığı üçün lazımlıdır. Bir çox insan bundan xoşlanmasa da, qulaq çirki qulağın müdafiə sisteminin çox önəmli bir parçasıdır. Daxili qulağı bakteriyalardan, göbələklərdən, çirkdən və həşəratlardan qoruyur. Həmçinin içini yağlayır və təmizləyir.

Burnumuz itlərinki qədər həssas deyil, ancaq 50 min fərqli iyi xatırlaya bilir.

Elm adamlarının fikrincə, insanın IQ səviyyəsi yüksəldikcə o, daha çox yuxu görməyə başlayır. Bu doğru ola bilər, ancaq ayıldıqdan sonra yuxularınızı xatırlamırsınızsa, özünüzü pis hiss etməyin.

İnsan bədənində dərinin hər kvadrat santimetrində təxminən 32 milyon bakteriya yaşayır. Bunların böyük əksəriyyəti zərərsizdir.

Sarışınlar daha çox saça sahibdirlər. Saç rəngi saçımızın nə qədər çox olduğunu müəyyən etməyimizə kömək olur.

Bir insanda orta hesabla 100 min saç qılı olduğu halda, sarışınlarda bu say orta hesabla 146 min təşkil edir. Qara saçlılarda təxminən 110 min, qəhvəyi rəngli saçlılarda 100 min, qızılı saçlı insanlarda isə saç qılı daha az - təxminən 86 minə qədərdir.

İnsan bədənindəki ən böyük hüceyrə qadının yumurtalığıdır. Ən kiçik hüceyrə isə sperma hüceyrəsidir.

Normal halda hüceyrələr görülə bilməyəcək qədər kiçikdir, ancaq bir yumurta hüceyrəsi 1mm-lik diametri ilə açıq gözlə görülə bilər. Sperm hüceyrəsi isə bir hüceyrə toxumasından biraz böyükdür, ancaq yenə də çox kiçik hüceyrədir.

Öz-özünüzü qıdıqlamağınız mümkün deyil. Ən çox qıdıqlanan insanlar belə özlərini qıdıqlama qabiliyyətinə sahib deyil. Bunun səbəbi beyninizin barmaqlarınızın hərəkətini idarə edərkən qıdıqlama istəyini təxmin etməsidir. Beyniniz qıdıqlamanın hardan gələcəyini bildiyi üçün başqası qıdıqladığı zaman verdiyi reaksiyanı vermir.

Həftələrlə heç nə yeməsəniz, ölməzsiniz, lakin yuxusuz qalsanız, 11 gündən sonra yuxusuzluğa dözə bilməz və sonsuza qədər yuxuya gedərsiniz.

# 8691 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər