Metroda qalanlara su verən Əziz, tələbələrə kitab paylayan Seyran

Metroda qalanlara su verən Əziz, tələbələrə kitab paylayan Seyran
30 dekabr 2019
# 14:23

2011-ci ilin əvvəlləri idi. Öz dilimizdə bədii kitab tapmaq müşkül məsələyə çevrilmişdi. Şəhərdə olan adda-budda bukinistlərə baş çəkəndə də ya ələ keçəsi nəsə olmurdu, ya da kitabların bahalığı bizi onlardan uzaqlaşdırırdı. Sonralar yerli tərcümələr çoxalmağa, türk dilində kitablar ölkəmizdə geniş formada yayılmağa başladı.

Təbii ki, indiki dövrü o zamanlarla, kitablara baxa-baxa qaldığımız illərlə müqayisə etmək olmaz. Amma yenə də oxumaq istədiyimiz, amma ala bilmədiyimiz xeyli sayda kitablar var. Səbəb isə çox sadədir. Bu gün kitab çap etməmək bir dərd, etmək isə iki dərddir. Kitaba və kağıza güzəştlərin tətbiqi, kitaba olan vergnin ləğvi və kitab sənayesinin tam formalaşdırılmaması bizi yenə də mütaliə edə bilməmək çətinliyi ilə üz-üzə qoyur.

Bu kimi məsələlərə amadə olan biz ədəbiyyat adamları ordan-burdan tapdığımız, qəpik-qəpik pul yığıb aldığımız kitabları yolda, evdə oxuduğumuz vaxtların birində Aqşin Yeniseyin “Tarix və tale” adlı kitabı çap olundu. Ədəbiyyatımızın ən istedadlı və qürurlu imzalarından biri olmağı bacaran, içindəki nəğməyə hər zaman həyan olan müəllifin kitabının çap olunma sevincini yaşayarkən, başqa bir sevindirici, fərəh gətirici xəbərlə də rastlaşdıq. Dostumuz, şair Seyran İsmayılov öz şəxsi vəsaiti hesabına Aqşin Yeniseyin yenicə çap olunmuş kitabından 50 ədəd alaraq tələbələrə hədiyyə etdi. Seyranı uzun illərdir şəxsən tanıdığım üçün onun bu addımı mənə o qədər də təəccüblü gəlmədi. Amma onun hərəkətindəki nəciblik, kitaba sevgi və xüsusilə bu sevgidən tələbələrə pay düşməsi məni xeyli mütəəssir etdi.

Onun kitaba, ədəbiyyata olan sevgisinin belə xeyirxah işə yönəlməsi, həm də bu sevginin görk, təbliğat xarakter daşıması doğurdan da alqışa layiqdir.

Ümid edək ki, Seyranın qəlbində parlayan bu xeyirxahlıq işığından, ədəbiyyat sevgisindən iş adamlarımızın, bu işə mükəlləf olanlarımızın, Seyrandan qat-qat artıq imkanı olan insanlarımızın ürəyinə pay olar.

Və nəhayət Seyran İsmayılovun kitabla bağlı jesti yadıma başqa bir əhvalatı saldı.

2018-ci ilin iyul ayında ölkə ərazisində işıqlar keçən zaman metrodan istifadə edən insanlar xeyli vaxt yerin altında, qaranlıqda qalmışdılar. Metrodan çıxarılan, özündə güc tapıb işığa çıxan insanlara ən çox lazım olan hava və su oldu. Qarışıqlığın xaosun içərisində Əziz Əlibəyli adlı bir işıq parlamışdı. O, təmənnasız şəkildə metronun qarşısında dayanıb insanlara su paylayır, əlindəki “kaset”lərdəki su bitəndə yenilərini alıb təkrar ehyiacı olanlar verirdi. Həmin vaxt bir içim su gözü qaralan adamların ürəyinə sərinlik, qəlbinə fərahlıq gətirmişdi. Bəlkə də bir qurtum su kimisə ölümün caynağından xilas etmişdi...

Bəli, Seyranın kitab alıb tələbələrə hədiyyə etməsi həmin əhvalatı mənə yenidən xatırlatdı. Bu gün qaranlıqdan çıxan cəmiyyətimizin suya ehtiyacı olduğu qədər, bəlkə də ondan artıq, kitaba, oxumağa ehtiyacı var. İşıqlı gələcək üçün!

# 6141 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər