Aqşinin kitabını tələbələrə paylayan şair: "Ağlıma ilk gələn..."

Aqşinin kitabını tələbələrə paylayan şair: "Ağlıma ilk gələn..."
30 dekabr 2019
# 12:37

“Mətndə olan enerjini insanlarımıza çatdırmaqda kiçik bir vəsilə olmaq istədim”

Bu sözləri Kulis.az-a şair Seyran İsmayılov gənclərə kitab hədiyyə etməsindən danışarkən bildirib. O, qeyd edib ki, bu addımı atmaqda məqsədi kitabın daha çox insana çatmasına vəsilə olmaqdır.

“Kitabı alıb oxudum, ədəbiyyatımız və cəmiyyətimiz adına çox faydalı bir mətn olduğu qənaətinə gəldim. Bu kitaba da başqa kitabların aqibətini yaşatmamaq və ya bu mətndə olan enerjini insanlarımıza çatdırmaqda kiçik bir vəsilə olmaq istədim. Ağlıma ilk gələn fikir bu kitabı imkan daxilində insanlara çatdırmaq oldu. Bir neçə kitab alıb insanlara bağışlamaq istədim. Sonra da belə məlum oldu ki, bunu tələbələr arasında etmək daha effektiv olar və daha 50 kitab tələbələr üçün nəzərdə tutuldu. Etdiklərimiz bu əsərin böyüklüyü qarşısında gözə görünməyəcək zərrələrdi. Keçmişdə də olub gələcəkdə də olacaq . Amma xususi heç bir çagırış yoxdur. Gördüyüm işin ümumi təsiri olacaqsa nə xoş mənə”.

Xatırladaq ki, şair Seyran İsmayılov Aqşin Yeniseyin yeni nəşr olunan “Tarix və Tale” kitabını alaraq, tələbələrə hədiyyə edib.

# 3986 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər