Brus Linin qızı 30 milyon dollar təzminat tələb edir

Brus Linin qızı 30 milyon dollar təzminat tələb edir
29 dekabr 2019
# 15:25

Kunq fu ustası Brüs Linin qızı Şennon Li Çin fəst-fud şəbəkəsini məhkəməyə verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Şennon Li atasının adına qurduğu “Bruce Lee Enterprises" adı ilə Çində fəaliyyət göstərən “Real Kung Fu” adlı fəst-fud şəbəkəsini məhkəməyə verib. Li iddia edir ki, şirkət 15 ildir Brus Linin fotosundan icazəsiz istifadə edir.

Şirkətdən 30 milyon dollar (təxminən 51 milyon manat) tələb edən Şennon Linin daha bir istəyi isə atasının yer aldığı loqonun bir daha istifadə edilməməsidir.

Qeyd edək ki, 1990-cı ildə yaradılan sözügedən fəst-fud şəbəkəsi 2014- cü ildən bəri loqosunda Brus Liyə bənzəyən tünd rəngli saçları olan bir kişi görüntüsündən istifadə edir. Restoran keçən il Çinin ən yaxşı 10 fəst-fud restoranı sırasında yer alıb.

# 6324 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər