news-inner
clock12:56 calendar-gray 27 Dekabr 2019 view-gray331 dəfə oxunub
view-gray331 dəfə oxunub

Nazirlik ilə yekun vurdu

Dekabrın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.

İclası mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Bildirib ki, kollegiyanın iclasında beş məsələ müzakirə ediləcək. İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə tədris hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017 - 2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və 2020-ci ilin birinci yarısının planının təsdiqi üzrə məruzələr dinləniləcək.

Sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov qurumun tədbirlər planına uyğun olaraq Nəsimi və Cəfər Cabbarlının yubileyləri ilə bağlı görülən işlərə dair məruzə ilə çıxış edib. Qeyd edib ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir təşkil olunub.

Daha sonra Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2019-cu il ərzində gördüyü işlər haqqında hesabatla çıxış edib.

İl ərzində Mədəniyyət Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən nazir 2019-cu ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğulayıb ki, bu il də ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. Bu ilin iyunun 30-dan iyulun 10-dək ölkəmizdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Tədbirin təşkili UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Bütün bu tədbirlər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb.

Nazir bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-dakı nüfuzunun xüsusi rolunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu istiqamətdə görülən işlər mədəni dəyərlərimizin dünya miqyasında tanınması baxımından böyük əhəmiyyət daşıyır.

Ə.Qarayev mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Nazir bu sırada sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş Nəsimi - şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd edib. Bundan əlavə, Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, eləcə də Bakı Beynəlxalq Caz festivalının təşkil olunduğunu söyləyib.

Milli kinonun inkişafı istiqamətində atılan addımlardan da söz açan nazir Azərbaycanda bir sıra ölkələrin kino günlərinin keçirildiyini, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlərin davam etdirildiyini söyləyib.

Mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışan Əbülfəs Qarayev nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələrdən söz açıb.

Hər il nazirliyin dəstəyi ilə müxtəlif kitabların nəşr olunduğunu deyən Ə. Qarayev qeyd edib ki, kitaba marağın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Azərbaycan kitabının dünyada tanıdılması layihəsi üzrə işlər davam etdirilir.

Mədəniyyət naziri çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərdən də danışıb.

Ölkəmizdə mədəniyyətlə bağlı keçirilən tədbirlərin, layihələrin müxtəlif media orqanlarında geniş işıqlandırıldığını söyləyən nazir deyib ki, bununla bağlı xarici ölkələrin televiziya kanallarında verilişlər yayımlanıb.

O bildirib ki, muzeylərin yenidən qurulması, müassirləşdirilməsi sahəsində ciddi işlər görülüb. Sevindirici haldır ki, bunun nəticəsində bu il ərzində Xalça Muzeyini 120 mindən çox insan ziyarət edib.

Kollegiya iclası məruzələrin dinlənilməsi ilə davam edib./azertag.az/

news-inner-user

15806 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020