news-inner
clock09:45 calendar-gray 01 Yanvar 2020 view-gray3192 dəfə oxunub
view-gray3192 dəfə oxunub

Anarın göy üzlü vəsiqəsi, Çingiz Abdullayevin Yeni il duası, Aqşin Yeniseyin ateistliyi... – Təzə lətifələr

Kulis.az yazıçılarla bağlı Yeni il lətifələrini təqdim edir.

Yanvarın 1-i səhər tezdən Fikrət Qoca Anara zəng vurub onu yuxudan oyadır və Yeni ilə aid şeir oxuyur. Şeiri diqqətlə dinləyən Anar deyir:

- Fikrət, sən yazma, belə davam eləsən AYB-ni bağlayacaqlar.

***

Tanınmış şair Elxan Zal tez-tez Anar müəllimin qapısını açıb qışqırır:

- Qurultay!

Bunu görən mətbuat katibi Xəyal Rza soruşur:

- Nə edirsən?

Elxan Zal:

- Məni ev siyahısına salmadığı üçün qanını qaraldıram!

***

Yeni il ərəfəsi Elxan Zal eyni hərəkəti təkrar edir. Lakin bu dəfə "Qurultay" sözünü üç dəfə deyir.

Xəyal Rza:

- Artırmısan...

Elxan Zal:

- Tətil günlərinin əvəzinə də işləyirəm.

***

Çingiz Abdullayev 2018-ci ildən fərqli olaraq bu il Yeni il gecəsi dua eləmir. Göylərdən səs gəlir:

- Nə oldu, keçən il “26” kafesi bağlanmışdı, 8 min manata görə, səs-küyündən qulaq tutulurdu. Allahın dərgahını yağır eləmişdin...

Çingiz Abdullayev:

- Xvatit! Xvatit! Allax məni eşitdi. 8 min istədim, 800 min yetirdi...

***

Əsəd Cahangirin otağından oxumaq səsi gəlir. O, muğam üstündə gah yanıqlı avazla, gah da şux mahnılar oxuyur. Gənc AYB-çilərdən biri yaşlı həmkarından soruşur:

- O nə edir?

Cavab:

- AzTV-yə ədəbi tənqiddən müsahibə verir.

***

Şərif Ağayar Yeni il gecəsi bulvarda Şaxta Babayla rastlaşır. Yazıçının ədəbiyyat haqda yarım saatlıq mühazirəsini dinləyən Şaxta Baba bezir və onun nataraz bədəninə baxıb deyir:

- Səndən yazıçı-zad olmaz, kirşəmi itələ, xoda düşsün, uşaqlara sovqat aparmalıyam!

***

Cəlil Cavanşiri verilişinə çağıran Rövşanə Ağasəfqızının ilk sualı bu olur:

- Cəlil bəy, çoxdandı intihar eləmirsiz!

***

Qan Turalı Selincerin mahir tərcüməçisi Tehran Vəliyevlə tanış olur, yenicə çapdan çıxan “9 hekayə” kitabını ona bağışlayır. Tehran müəllim kitabın adına baxıb gülümsünür:

- Selincer yadıma düşdü. Onun da 9 hekayəsi var.

Qan Turalı sevincək deyir:

- Hə, bilirəm. Mən də ustadı yad eləmişəm elə.

Tehran müəllim ciddiləşir:

- Yəqin bilirsən də, əsas məsələ sayda deyil!

***

Kəramət Böyükçöl Milli Məclisə namizədliyə imza toplayarkən, uzaq kəndlərin birində hələ də Kommunist Partiyası biletini atmayan və Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını əzbər bilən yaşlı bir icra nümayəndəsi ilə rastlaşır. İcra nümayəndəsi Kəramətin saçına, saqqalına, danışığına baxıb əsəbiləşir, onu kəndə buraxmaq istəmir. Kəramət yaşlı kişi ilə mübahisəyə başlayır. Kişi lap qeyzlənib qışqırır:

- Azğın!

Kəramət cavab verir:

- Azğın Cəlil Cavanşirdir, mən pozğunam!

***

Şəhriyar del Gerani yeni il gecəsi sir-sifətini tökür. Deyirlər, şair, nə olub, olmaya kimsə Aydın Xırdalanlının dahiliyinə şübhə edib?

Şəhriyar ah çəkir:

- Əşşi yox eee... Nə Aydın? Nə Dahi? Qarşıdan siçan ili gəlir. Siçan ilində nə biləcəklər, it kimi darıxmaq nə təhər olur?

***

Mirmehdi Ağaoğlu dostu Aliyəyə Yeni il hədiyyəsi olaraq duxi bağışlayır. Duxini qoxlayan Aliyə üzünü turşudur.

- Bu nədi, Miri, qoxusu adamı boğur.

Mirmehdi:

- 20 manat vermişəm eee...

Aliyə təəccüblə:

- 20 manat? Yəqin litrlə almısan!

***

Ayxan Ayvaz Tiflisdə yaşan Seymur Baycanı “gugl talk”da onlayn görüb onunla bayramlaşmaq istəyir:

- Necəsən Seymuir?

- კაცი. დამანებე თავი

- Seymur, bu nədi, şrifti dəyiş.

- მე ვთქვი, ნუ მაწუხებ!

- Seymur. Yaxşısan? Nə olub?

- A kişi, əl çək də məndən, min dəfə demişəm ki, Azərbaycanca yazmağın heç bir mənası yoxdur.

***

Elnur Astanbəylidən soruşurlar:

- Neçə cür insan tanıyırsan?

Cavab:

- İqtidarçı, müxalifətçi, bir də qazaxlı...

***

Emin Piri təklif verir ki, növbəti qurultayda AYB-nin yaşlı katibləri gənclərlə əvəz edilsin. Məsələ Xalq yazıçısı Mövlud Süleymanlının rəhbərliyi ilə Etika Komissiyasında müzakirə olunur. Sonda Mövlud müəllim ayağa qalxıb amiranə səslə iclasın qərarını açıqlayır:

- Bu cavan oğlana yüz şillə vurulsun!

Emin Piri cəzanın ağırlığına çaşır:

- Mövlud müəllim, siz ya saya bilmirsiz, ya da şillə yeməmisiz!

***

İlin son günü ateistliyi rəsmən qəbul edib evə gələn şair Aqşin Yenisey şeirlərini dağınıq və heç bir məna ifadə eləməyən vəziyyətdə görür. Təəccüblənir. Uşaqlıq vərdişi ilə "Ay Allah, bu nəydi belə?" deyəndə qeybdən səs gəlir:

- Nə Allah? Məni dandın, mən də kainatdan çəkilmə prosesinə sənin şeirlərindən başladım.

***

Gənc şair Hikmət Nazim Praqadan gəlib ağızdolusu səfərindən danışır. Yazarlardan biri ondan soruşur:

- Kafkanın muzeyini gördünmü?

- Hə.

- Bəs niyə ordan danışmırsan?

- Qaqa, içəri qaranlıq idi, heç nə görmədim.

***

Gənc və perspektivli yazar Orxan Həsəni ilk məqaləsi çıxan qəzeti qoltuğuna vurub Şaxta Babanın yanına gedir və ona gileylənir:

- Publisistika məhv elədi məni!

***

Rövşən Abdullaoğlunun Antraktida pinqivlə söhbəti:

- Pinqivin qardaş, həyatını mənə danış, yazım.

Pinqvinlər bir-birinə baxıb qaqqıldaşaraq gülüşürlər.

***

Şaxta Baba filosof Müşfiq Şükürova hədiyyə gətirir.

- Mən uşaq deyiləm, bu nə hədiyyədir belə? Fəlsəfəi baxımdan...

Şaxta Baba həyəcanla onun sözünü kəsir:

- Aaa… Bağışla… Təxəllüsünü dəyişməyib deyə bu il də səhv saldım… Hədiyyə Müşfiq Şükürlüyə çatacaq.

***

Şaxta Baba yazıçıların Yeni il şənliyinə gəlir, hərə ondan bir şey istəyir.

Ramiz Rövşən:

- Göy üzü heç vaxt daş saxlamasın.

Rasim Qaraca:

- Göy üzü heç olmasa bircə dəfə daş saxlasın, Ramiz müəllimlə zarafatlaşaq.

Fəxri Uğurlu:

- Göy üzünə Ramiz müəllimdən başqa heç kim baxmasın.

Qurban Yaquboğlu:

- Heç olmasa sübh namazına yaxın, Ramiz müəllim yuxudan oyanmamış bircə yol baxım...

Rüstəm Behrudi:

- Göy üzü poetik ölçü vahidi kimi dar ağacının səmasına "aformıt" edilsin.

Xanəmir:

- Göy üzü nə gəldi saxlasın, bu söhbət bitsin.

Salam Sarvan:

- Göy üzü kəlməsi lüğətimizdən çıxarılsın. Bezdik.

Fikrət Qoca

- Göy üzü daşı saxlasa da, saxlamasa da AYB Fikrət Qocanı saxlasın.

Vaqif Bayatlı

- Mənim bu xüsusda heç bir arzum yoxdu. Məni göy üzü yox, göy üzünün o üzü maraqlandırır.

Kamal Abdulla

- Göy üzündə də, yer üzündə də unutmağa kimsə olsun.

Rəşad Məcid:

- Göy üzü ifadəsini indən belə heç kim işlətməsin.

Seyfəddin Hüseynli:

- İşlətməsin nə mənada, yeni imzalar yeni tendensiyaların arxasınca getsin. Bu, filoloji baxımdan əhəmiyyətli təklifdir.

Seyran Səxavət:

- Məncə, şifahi nitqdə işlətməyə icazə verilsin.

Qulu Ağsəs:

- Göy üzü ifadəsi birləşik yazılsın.

İlqar Fəhmi:

- Yaxşı sözdü yaxşı olmağına, di gəl əruza çətin oturur. Arzum budur, əruza oturması üçün Üzi-göy izafəti yaradılsın.

Səlim Babullaoğlu:

- İfadənin Şərqi Avropa dillərindəki poetik çəkisi müəyyən olunsun.

Qismət Rüstəmov:

- Ramiz müəllim inciyər deyə arzumu dilə gətirmək istəmirəm.

Seymur Baycan:

- Göy üzü ifadəsinin yerinə yer üzü işlədilsin.

Aqşin Yenisey:

- Nəyi saxlayıb nəyi saxlamamaq göy üzünün öz ixtiyarına buraxılsın.

Zakir Fəxri:

- Arzu acizlərin işidir. Afaq xanımdan xahiş edərəm göy üzü ifadəsini lüğətə iki dəfə salarıq, məsələ həll olunar. Ramiz qardaşımızdı.

Əlisəmid Kür:

- Belə ifadələri Adil Mirseyid çox sevərdi. Allah rəhmət eləsin.

İlham Qəhrəman:

- Başa düşmürəm, axı niyə hamı göy üzündən danışır?

Həmid Herisçi:

- Göy üzü də yer üzüdü, o həm var, həm də yoxdu.

Anar:

- Sədrlik vəsiqəm göy üzlü olsun, içinə "müddətsiz" yazılsın.

news-inner-user

15857 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020