news-inner
clock09:45 calendar-gray 25 Dekabr 2019 view-gray423 dəfə oxunub
view-gray423 dəfə oxunub

Nəsimiyə həsr olunmuş povest təqdim olundu - Foto

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist, professor Hüseynbala Mirələmovun İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazasının təqdimatı keçirilib.

APA -nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq qeyd edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq

Azərbaycanla yanaşı, xarici ölkələrdə də silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır.

Direktor bildirib ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazması Azərbaycana gətirilib və bu istiqamətdə işlər davam etdirilir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasında yer alır. Tədbir iştirakçıları adından ölkə başçısını doğum günü münasibətilə təbrik edən nazir 2019-cu ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib.

Ə.Qarayev ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd olunub. Ümummilli liderin təşəbbüsü ilə Bakıda böyük şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib, akademiyanın Dilçilik İnstitutuna, metronun bir stansiyasına və paytaxtın rayonuna şairin adı verilib, əsərləri kütləvi tirajla çap olunub, yaradıcılığına dair tədqiqat əsərləri yazılıb. Müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayıb.

Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti xüsusi yer tutur. Nəşr Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə H.Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Hüseynbala Mirələmovun yazıçı dilini onun bədii təfəkkürünün zənginliyinin təbii göstəricisi kimi qiymətləndirib.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev bildirib ki, Hüseynbala Mirələmovun yaradıcılığının əsas qayəsini bu günün insanı, onun düşdüyü mürəkkəb sosial-psixoloji vəziyyətlər və ondan optimal çıxış yollarının axtarılıb tapılması təşkil edir: “Hüseynbala Mirələmov əlinə qələm alandan bəri yazdıqlarının həqiqət olduğuna ürəkdən inanıb, bir şey düşünüb, başqa şey yazmayıb. Onun yaradıcılığının mühüm xüsusiyyətləri humanizmi və mütəfəkkir məsuliyyətidir. Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır. O, ən mənfi qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür və qiymətləndirir”.

Milli Məclisin deputatları Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Salidə Şərifova çıxış edərək İmadəddin Nəsiminin ölməz irsindən söz açıblar.

Daha sonra povestin müəllifi Hüseynbala Mirələmov çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Sonda “İmadəddin Nəsimi - 650” elektron məlumat bazası təqdim olunub.

news-inner-user

17647 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021