"Hədəf" nəşriyyatının rəhbəri istefa verdi - Nələr gözlənilir?

"Hədəf" nəşriyyatının rəhbəri istefa verdi - Nələr gözlənilir?
23 dekabr 2019
# 10:29

“Müəyyən səbəblərdən 10 il rəhbərlik etdiyim “Hədəf” nəşrlərindən ayrılmağa qərar verdim.

Bu sözləri Kulis.az-a "Hədəf"in sabiq direktoru Müşfiq Xan deyib. O bildirib ki, nəşriyyatın bir neçə işçisi də, ixtisara düşüb.

“Hədəf” nəşrlərindən ayrılmağa qərar verdim. Eyni zamanda nəşriyyatın əməkdaşlarının böyük qismi ixtisara düşdü və bir neçə nəfər də istefa verərək işdən uzaqlaşdı".

Gallery

Müşfiq Xan istefanın ardınca peşəkar heyətlə birgə yeni nəşriyyat təsis etdiyini bildirib.

"Öncədən hazırlıqlı olmasam da, bütün imkanları və resursları nəzərə alıb, “Mücrü” nəşriyyatını təsis etdim. Eyni zamanda peşəkar kollektivin işsiz qalması məni çevik düşünməyə vadar etdi.
Nəşriyyatımız peşəkarlarla, yəni “Hədəf” Nəşrlərinin keçmiş komandası ilə birlikdə yola çıxıb. Azərbaycan kitab bazarındakı vəziyyəti təhlil etdik və qərara gəldik ki, bildiyimiz işlə – kitab işi ilə məşğul olaq. İş planımızda müxtəlif sahələri əhatə edən kitabların nəşri nəzərdə tutulub. Və təbii ki, əsas istiqamətimiz bədii kitab nəşri olacaq.
“Mücrü” nəşriyyatı həm tərcümə ədəbiyyatını, həm də yerli müəlliflərin kitablarını çap edəcək. Məqsədimiz kitab bazarına münasib və keyfiyyətli nəşrlər təqdim etməkdir. Eyni zamanda yerli müəlliflərə sərfəli şərtlərlə xidmətlərimizi təqdim edəcəyik".

Yeni ilin ilk günlərindən etibarən işə başlayacaq “Mücrü” nəşriyyatı Bakı şəhəri, Şıxəli Qurbanova 2/15 ünvanında fəaliyyət göstərəcək.

Saytımıza daxil olan digər məlumata görə "Hədəf" nəşriyyatı artıq bədii ədəbiyyatın nəşrini dayandırır. "Hədəf"lə yanaşı "Xan" nəşriyyatının da bundan sonra bədii kitablar nəşr etməyəcəyi bildirilir. Hər iki nəşriyyat fəaliyyətini dərslik və digər çap məhsullarının istehsalına yönəldəcək.

# 5176 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər