Azərbaycan filmi Madirddə nümayiş olundu

Azərbaycan filmi Madirddə nümayiş olundu
20 dekabr 2019
# 11:36

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən “Cineteca” kinoteatrında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və İspaniyada yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüseri olduğu ekran əsəri haqqında məlumat verib.

“Son iclas” bədii-sənədli filminin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığını, hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini diqqətə çatdıran səfir A.Məhərrəmov, filmin ssenarisinin bu günə qədər araşdırılmamış və gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alındığını qeyd edib.

Daha sonra çıxış edən “Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar filmin ispan dilində subtitrla təqdim edilməsini ekran əsərinə qarşı marağı daha da artıracağını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.

“Son iclas” filmi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. /azertag.az/

# 3959 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər