news-inner
clock15:04 calendar-gray 18 Dekabr 2019 view-gray2397 dəfə oxunub
view-gray2397 dəfə oxunub

O qadınlar Çingiz Əlioğludan yaxşı yazır - Bu dəfə kişilər danışdı

Tanınmış şair Çingiz Əlioğlu qadın yazarlardan ciddi imza görmədiyini dilə gətirib. Kulis.az bu dəfə məsələyə kişi yazarların münasibətini öyrənib. Cavabları təqdim edirik.

Fikrət Qoca

Gallery

- Çingiz gözəl şairdi. Dedikləri öz fikirləridir, hörmət edirəm. Amma son vaxtlar Azərbaycan ədəbiyyatında qadın imzalar kişilərdən daha fəaldılar. İstedadlı imzalar çoxdur. Xüsusən gənc qadınlar. Adlarını çəkmək istəmirəm. Birinin adını unutsam yaxşı olmaz.

Səfər Alışarlı

Gallery

- Dostum Çingiz Əlioğlu ədəbiyyatımızın ustad sənətkarlarından biridir, böyük mütaliəsi, dünya ədəbiyyatına dərin bələdçiliyi var. Prinsipial yanaşsaq, o minvalla istənilən ölkənin müasir ədəbiyyatında, qadın, kişi müəllif - fərq etməz, həmin boşluğu görmək, tapmaq və barmaqla göstərmək mümkündür. Qadın yazıçı və şairələrimizin bu sözlərdən küsüb inciməyini istəməzdim. Bu fikrə yəqin ki, ədəbi-bədii reallıqların yeknəsəqliyindən darıxan bir şairin improvizion baxışı kimi yanaşmaq lazımdır.

Varis Yolçuyev

Gallery

- Təbii ki, mən bu fikirlə razılaşmıram. Bəşər tarixi boyu bütün xalqlarda qadınlar tərəfindən yaranan ədəbiyyatın kişilərin yaratdığı ədəbiyyata nisbətən bir qədər kölgədə qalması ənənəsi var, əlbəttə. Mən bu həqiqətə əsla şübhə etmirəm. Amma bununla belə, deyə bilərəm ki, statistik qadın ədəbiyyatı anlamında Azərbaycanda həm nəsrdə, həm poeziyada kifayət qədər ciddi imzalar vardır. Hərəsindən cəmi birini deyim: Nəsrdə xalq yazıçısı Afaq Məsud, poeziyada Nigar Həsənzadə.

Aqşin Yenisey

Gallery

- Guya, Çingiz müəllimin mənsub olduğu ədəbi nəsildə “ciddi kişi yazar” imzası var ki? Müstəmləkə siyasəti nəyi diktə edibsə, onu da yazıblar. Məncə, müəyyən yaş dövründən sonra insan proseslərə qəlbinin deyil, tarixin, ağılın gözü ilə baxmalıdır. Məsələn, bütün kişi sovet şairlərinin yaradıcılığını bir yerə yığsan müasir qadın şair Baharın bir şerindəki poetikanı görə bilməzsən. Ciddi şair o deyil ki, kitabı kartof kisəsi ağırlığında olsun. Bəzən bir misra yüz qalın kitabdan daha çox yaşayır və yaşadır.

Rasim Qaraca

Gallery

- Mən özüm Çingiz Əlioğlunu ciddi yazıçı və ya şair saymıram. O ki qaldı, ciddi imzası olan qadın yazarlara, əlbəttə ki, var. İlk olaraq mərhum Sara Nəzirova yadıma düşür, Nərmin Kamal, Günel Mövlud, Sahilə İbrahimova, Aysel Əlizadə, Sevinc Elsevər, bu gün ad gününü qeyd edən Mehriban Vəzir, - ciddi imzası olan qadın yazarlarımızdır. Səhər-səhər, ilk anda yadıma düşməyən daha neçə adlar var.

Azad Yaşar

Görüntünün olası içeriği: Azad Aziyaf, oturuyor

-Bəzən “Söz adamları arasında güclü qadınlar yoxdur, varsa da, uzaqbaşı bir əlin barmaqları qədərdir” deyənlərə qəti etiraz edərək deməliyəm ki, dünya ədəbiyyatında güclü qələm sahibi olan qadın yazarların sayı son iyirmi ildə sürətlə artıb və hətta bir çoxları kişiləri xeyli geridə qoyublar. Siz də razılaşarsınız ki, sənət hər hansı cinsin, dinin, irqin, sosial mənşəyin və ideologiyanın monopoliyasında qalacaq qədər cılız bir anlayış deyil, buna can atmaq isə mənasız və xırdaçı bir cəhddir. Təsadüfi deyil ki, bu il Nobel və Buker mükafatlarına layiq görülən laureatlar üzrə ümumi hesabda da kişilər qadınlara yenilirlər və hesab 3 : 1-dir.

O ki qaldı bizim ədəbiyyata, bənzər proseslər bizdə də gedir, ancaq həmişəki kimi daha ləng şəkildə. Amma maraqlı qadın yazarlarımız var və sayları getdikcə artır. Məhz klişeləşmiş "qadın şeiri / nəsri" anlayışının çərçivələrini dağıdan qadınlar, sentimentallıqdan uzaq əsərlərə imza atan xanımlar ədəbiyyatda özlərini daha az müddətdə təsdiqləyə bilirlər. Görünür, cəmiyyətin və dünyanın inkişafı da öz növbəsində bunu təsdiq edir.

Rəşad Məcid

Gallery

- Əlbəttə var. Dəfələrlə demişəm. Afaq Məsud, İradə Tuncay dünya səviyyəli ciddi yazarlardı. Daha gənclərin də arasında var. Onların adın çəkmirəm ki, göz dəyməsin. Çingiz müəllimə də can sağlığı arzulayıram. Öpürəm onu! Elə qadın yazarlarımızı da.

Müşfiq Şükürov

Gallery

- Nəinki Azərbaycanda, dünyada yoxdur. İnciməsin qadınlar. Məşhur qadın yazarlar var, az da olsa, məşhurluq başqa fenomendir. Ən məşhurlarından biri bu yaxınlarda “Bozun 50 çaları”nı yazdı, məsələn. Amma onların hamısını Tolstoyla, Dostoyevski, Çexov, Heminquey, Markes və başqaları ilə müqayisə edə bilməzsiniz. Fəlsəfədə də eyni vəziyyətdir. Mən bunu qadın energetikasının axarı ilə izah edirəm. Sözlərinin ağırlığı, ciddiyyəti, tədqiqat ruhlarının dərinliyi yetərli deyil. Bu da yaradıcılıqlarına yansıyır. Babalarımız isə bu suala sadə cavab verirdilər: “hulqumları yoxdur”. İnciməsinlər, amma kimsə bunu deməlidir.

Cəlil Cavanşir

Gallery

- Çingiz Əlioğlunun fikirlərinə qətiyyən qatılmıram. Müasir ədəbiyyatımızda kifayət qədər ciddi imzası olan xanımlar var. Məsələn, Afaq Məsud Azərbaycan nəsrində çox ciddi hadisələrdən biridir. Cavi Dan və Sahilə Yaya müasir nəsrimizdə ciddi imzalardır. Şeirdə Elnaz Eyvazı, Sevinc Çığını, Bahar Zamanı, Rəbiqə Nazimqızını, Fəridəni kifayət qədər ciddi imza hesab edirəm. Adını sadaladığım imzalar hətta Çingiz Əlioğludan da ciddi, samballı imzalardır. Çingiz müəllimin bu yaşda cığallıq etməsinə də bir anlam verə bilmədim. Ehtimal ki, müəllimin müasir ədəbiyyatdan xəbəri yoxdur.

news-inner-user

15818 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020