“Nəsimi” baleti Türkiyə səhnəsində

“Nəsimi” baleti Türkiyə səhnəsində
16 dekabr 2019
# 09:57

Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub.

Layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə türk dünyasında “Nəsimi ili” elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri - Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar. Digər obrazlarda da teatrın tanınmış aktyorları çıxış ediblər.

Tamaşaçıların böyük maraq göstərdikləri premyera yaradıcı heyəti dəfələrlə hərarətli alqışlarla qarşılayıb.

Premyeradan sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.

Məlumat verilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi dünya poeziyasının görkəmli simalarından olan Nəsiminin yaradıcılığına böyük diqqət göstərərək “Nəsimi” baletinin Türkiyə premyerasını səhnələşdirmək üçün Azərbaycanın görkəmli sənətkarlarına Xalq artistləri - Əməkdar incəsənət xadimi, dirijor, professor Yalçın Adıgözəlova, xronoqraf Kamilla Hüseynovaya, libretto müəllifi Əjdər Ulduza müraciət edib. Azərbaycanın görkəmli sənətçiləri “Nəsimi” baletinin Türkiyə premyerasında uğurla səhnəyə çıxarılması üçün böyük səy göstəriblər.

“Nəsimi” baletinin nəfis səhnə tərtibatında tamaşaçılara təqdim edilməsi ortaq dəyərlərimizə ehtiramın növbəti göstəricisi olub. “Nəsimi” baletinin teatr mövsümü ərzində səhnələşdirilməsi nəzərdə tutulub.

Tamaşaçılardan Ömər Pamuk baletlə bağlı təəssüratlarını bölüşərək deyib: “Nəsimi təkcə Azərbaycanın yox, bütün türk dünyasının ortaq sərvətidir. Türkiyədə poeziyasevərlər böyük şairi tanıyır və şeirlərini sevə-sevə oxuyurlar. “Nəsimi” baletinin Samsunda səhnəyə qoyulması ortaq mədəniyyət tariximizdə mühüm hadisədir”. /azertag.az/

# 2997 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər