Müğənnilər “Ölülər”in müəllifini tanımır
Kulis.az sorğu müğənnilərimizdən “Ölülər” əsərinin müəllifinin kim olduğunu soruşub. Suala cavab verənlər oldu, sual qarşısında aciz qalanlar da.
Müğənni Cəmilə “yarım saatdan sonra zəng edərsən”, - deyib dəstəyi asdı.
Elariz Məmmədoğlu sualımıza doğru cavab verdi.
Manaf Ağayevin cavabı isə belə oldu: ”Mən haradan bilim kimin əsəridi”.
Əli Mirəliyev sualımıza ətraflı cavab verərək Cəlil Məmmədquluzadənin bu əsərini bir neçə dəfə oxuduğunu bildirdi.
Günel Ələkbərova dedi ki, xəstəxanadadır: “Mən xəstəxanadayam. Sən özün bilmirsən bu sualın cavabını? Sualı niyə mənə verirsən?”
Almaz Ələsgərli sualımıza əsəbi reaksiya verdi: "İstəyirsiniz biz müğənniləri indi də bu cür biabır edəsiniz?”
Cəmilə xanıma yarım saatdan sonra bir də zəng etdim. Cəmilə xanım sualı doğru cavablandırdı.
Güman etmək olar ki, o bu müddətdə kitabın və yaxud hansısa şəxsin köməyindən faydalanmışdı.
Səbuhi Eltonoğlu

Oxşar xəbərlər
Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?
16:00
15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"
13:45
15 noyabr 2026
"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?
12:00
11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?
14:00
10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?
14:00
9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar
14:00
8 noyabr 2026