writer1

Sevinc Elsevər

Məqalə sayı

114
clock10:45 calendar-gray 10 Dekabr 2019 view-gray1564 dəfə oxunub
view-gray1564 dəfə oxunub

Ögey anaların və qayınanaların qisası

Kulis.Az Sevinc Elsevərin “Göyçək Fatma nağılını oxuyub ögey ana olanlar" yazısını təqdim edir

Siz elə bilirsiz ki, bu günlərdə “Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib ” başlıqlı məqalələrdə məşhurlaşan ögey anadır ən qəddar ögey anamız? Yox, o, tək deyil.

Azərbaycan qadınlarının böyük əksəriyyətinin içində qəddar bir ögey ana yatır. Onların əllərinə yetim, çarəsiz, köməksiz körpə uşaq düşməyə bilər bir ömür boyu. Amma sonra onlar basdırdıqları, boğduqları istəyi başqa cür həyata keçirməyə çalışırlar. Gəlinlərinə əziyyət eləməklə.

Üç evli qadından birini dindirirsən, qayınanasından narazıdır. Özü də danışdırsan, görəcəksən ki, narazı olmağının da əsası var. Boş yerə narazılıq eləmir. Və məsələnin ən pis tərəfi odur ki, bu gün qayınanasından dad eləyən gəlin sabah özü də pis qayınana olur. O da əlinə düşən başqa bir “Göyçək Fatma”ya zülm edəcək.

Vaxtilə onun qayınanasına da belə zülm eləyiblər. Sanki o qayınanalar əllərinə düşən qurbandan öz acıqlarını çıxırlar , heyflərini alırlar və bu, onlara həzz, təsəlli verir. Keçən, itirilmiş ömrün qisasını bayram edirlər.

Qəddarlıq insanın təbiətində var. Balaca uşaqların heyvanlarla davranışına fikir vermişəm. Onlar heyvancığazları incitməkdən zövq alırlar. Bu onlar üçün çox əyləncəli olur, nəinki heyvanı sığallamaqları.

Hətta böyüklər özləri uşaqların, ən məsum insanları əzizləyərkən onların üzlərini çimdikləməkdən, yanaqlarından dişləməkdən daha çox həzz alırlar, nəinki başlarını tumarlamaqdan. İllah, qışqırdacaqlar, çəkəcəklər balaca körpəni özlərinə sarı, boğmaq istəyirrcəsinə qucaqlayacaqlar, uşağın nəfəsi kəsiləcək,- (böyüyün tərinin, parfümünün , nəfəsinin iyindən), həm qorxacaq əməlli-başlı, - sonra da çimdiyi, ya dişləyi yapışdıracaqlar, incidəcək, həzz alacaq. Bəli, biz beləyik. Amma şüurumuz, aldığımız tərbiyə, zamanla qazanılmış empatiya qurmaq bacarığımız bizə imkan vermir ki, daha irəli gedək. Balasını çox istədiyindən yeyən pişiklər, acığından, forsundan gəmirən dovşanlar kimi hərəkət edək.

Ögey uşaqlarına zülm edən həmin o qadının təbiətindəki qəddarlıq ona görə həm də qol-budaq atıb böyüyüb ki, cəzasız qalacağından arxayın olub. Tərbiyəsi, mənəviyyatı, əxlaqı o səviyyədə olub ki, qəddarlığı münbit şəraitdə intişar tapıb.

İnanın ki, o qadın bu gün ögey uşaqlarını sevgiylə böyütsəydi belə, içindəki qəddarlıq sabahkı “ögey qızlarına”- gəlinlərinə qarşı yönələcəkdi.

Niyə ögey analar qəddar olur? Az qala bütün dünya xalqlarının nağıllarında qəddar bir ögey ana obrazı var. Yüz illərdi yol gələn o nağıllar ögey anaları tərbiyələndirməli deyildimi? “Göyçək Fatma”, “Zoluşka”, “Ağca və yeddi cırtdan balası ” nağıllarını oxuya-oxuya böyümədimi o ögey analar? O nağıllardakı qəddar qadınlara nifrət etmədilərmi? Necə oldu ki, özləri də o qadınlara çevrildilər?

O vaxt “Ögey ana ” filmi ekranlara çıxanda Nəcibə Məlikova çoxlu tamaşaçı məktubu alıbmış. Məktubların birində isə balaca bir qız uşağı yazıbmış: “Mənim də ögey anam var. İstərdim o da sizin kimi mehriban olsun, məni cəzalandırmasın”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021