Bakıda Teatr Festivalına start verilib

 Bakıda Teatr Festivalına start verilib
2 dekabr 2019
# 17:48

Dekabrın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqında üçüncü Eksperimental Teatr Festivalının açılışı olub.

Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Açılışdan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Artıq üçüncü dəfədir ki, keçirilən festival çərçivəsində 18 tamaşanın nümayiş ediləcəyini deyən A. Nemətov bildirib ki, festivalda yalnız gənc aktyorlara meydan verilib: “Biz 10 ilə yaxındır ki, gənclərlə işi davam etdiririk. Düşünürük ki, daha istedadli, bacarıqlı sənət adamları önə çıxsın. Biz təqdim olunan tamaşalar vasitəsilə öz istedadlarını göstərən gənclərin sonraki vaxtlarda imkanlarını daha genişləndirəcəyik. Bu festivalda hər gün iki tamaşa nümayiş olunacaq. Səhnə əsərləri saat 14:00 və 17:00 da teatrsevərlərin ixtiyarına veriləcək. Builki festivalın açılışını Gəncə Dövlət Kukla Teatrının “Düymcik” tamaşası ilə başlayırıq. İştirak edən hər kəsə uğurlar arzulayıram”.

Sonra festival açıq elan olunub.

Rejissor Şamil Məmmədlinin quruluş verdiyi “Düyməcik” tamaşasında rolları Səməd Xanməmmədov, Nərmin Şərifova və Nahidə Namazova ifa ediblər. /azertag.az/

Gallery

# 2710 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər