news-inner
clock12:00 calendar-gray 29 Noyabr 2020 view-gray11794 dəfə oxunub
view-gray11794 dəfə oxunub

Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar

Bu gün dünya şöhrətli rəssam Tahir Salahovun doğum günüdür. Onun 91 yaşı tamam olur. Kulis.az bu münasibətlə Tahir müəllimi təbrik edir və onunla bağlı maraqlı faktları təqdim edir.

1937-ci ildə atası Teymur Salahov Laçın rayonun birinci katibi vəzifəsinə təyin olunub. Elə həmin il sentyabrın 29-da bolşeviklər tərəfindən şərlənərək həbs olunan Teymur Salahov xalq düşməni kimi güllələnir.

***

Çətin uşaqlıq dövrü keçirən Tahir Salahov gənc yaşlarından afişalar, asfalt üzərində rəsmlər çəkərək ailəsini dolandırmaqda anasına kömək edib.

Tahir Salahov - hər bir azərbaycanlının fəxr etdiyi böyük sənətkar – FOTO

Moskvanın və Leninqradın Ali rəssamlıq məktəblərinə daxil olmaq üçün imtahan verib uğurlu nəticə əldə etsə də atasına görə hər iki universitetdən kəsdilər.

***

N.S Xuruşovun qəzəbinə tuş gələn rus rəssamı Pavel Nikonov “Geoloqlar" tablosunu məhv etmək istəyərkən Tahir Salahov onu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir.Xuruşşovun hakimiyyəti sona çatandan sonra rəssamı Azərbaycana dəvət edir və tablonu ona hədiyyə edir.

Uzun müddət Moskvada yaşayıb ailəsi ilə Bakıya köçən Tahir Salahovun üzləşdiyi mənzil problemini məşhur mənzərə ustası Səttar Bəhlulzadə həll edir. Səttar yeni inşa olunan “Rəssamlar evi”ndə ona ayrılan ikiotaqlı evi gənc həmkarına bağışlayır.

***

Mətbuatın yazdığına görə, doğma bacısı, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova ilə küsülüdür.

***

Keçmiş şəxsi assistenti və yaxın dostu Mayk Xoukmen rəssamın əsərlərini oğurlayıb. 2018-ci ildə rəssamın qızı Aydan Salahova onun oğurlanmış əsərini lombardda tapıb.

***

İki dəfə rəsmi nikaha girib. İlk dəfə Özbəkistanın xalq artisti, məşhur rəqqasənin qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Aydan, Alagöz və Lara adlı 3 qızı dünyaya gəlib.

İkinci dəfə İ Moiseyev adına Rəqs ansamblının solisti, əslən gürcü çar nəsli Baqrationlardan olan Varvara Salahova ilə ailə həyatı quran Tahir Salahovun bu evlilikdən İvan Salahov adlı oğlu dünyaya gəlib.

***

Rəssamın qızları Alagöz Salahova və Aydan Salahova ataları kimi rəssamdır. Aydan əvvəl bioloq olmaq istəyirmiş, o, atasının təkidi ilə bu sahəni seçir. Alagöz Salahovanın Moskvada “Alagöz” adlı prodüser mərkəzi fəaliyyət göstərir. Aydan Salahova isə bir neçə il bundan əvvəl çılpaq fotoları ilə gündəm olmuşdu.

***

Image result for tahir salahov


Tahir Salahovun oğlu İvan Salahov da yaradıcılıq sahəsində çalışır o, bərpaçı rəngkardır.

***

Dünya şöhrətli fransız modelyer Pyer Kardin onun haqqında deyib: “Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir”.

***

Tahir Salahov müsahibələrinin birində qeyd edir ki, atam işdən gələndən sonra masanın üzərinə bir manat qoyub bizə son dövrlərdə çıxan filmlərdən rəsmlər çəkməyi tapşırır, özü yatmağa gedirdi. Biz üç qardaş iki, üç saat rəsmlər çəkirdik. Bir-birimizin bəhsinə ən yaxşı rəsmi çəkməyə çalışırdıq. Ən yaxşı şəkil çəkən pulu qazanırdı.

news-inner-user

17614 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021