O, sevgilisini öldürmüşdümü? - Əsl kino

O, sevgilisini öldürmüşdümü? - Əsl kino
30 noyabr 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Rəşid Buşarebin “Vətənpərvərlər” və Oriol Paolonun “Gözəgörünməz qonaq” filmlərini təqdim edir.

Fransız rejissoru Rəşid Buşarebin “Vətənpərvərlər” dramı 2006-cı ildə ekranalara çıxıb və xarici dildə ən yaxşı film nominasiyasında “Oskar”a irəli sürülüb.

Süjet: Hadisələr İkinci Dünya Müharibəsi dönəmini 1943-cü illəri əhatə edir. Fransız generalı Fransanın müstəmləkələri olan Şimali Afrikanın (Mərakeş, Əlcəzair) yerli əhalisini Fransa uğrunda nasist Almaniyasına qarşı mübarizəyə çağırır. Ərəblər könüllü şəkildə Fransa Müqavimət Hərəkatına qoşulurlar. Əhvalatın mərkəzi personajları Səid (Jamel Debbuz), Əbdülkadir (Sami Buajila), Yassir (Sami Naseri), Məssauddur (Roşdi Zem). Fransız ordusunun nasistlərə qalib gəlməyində ərəblərin də böyük rolu olur. Fransanın Elzas kəndi məhz ərəb döyüşçülərinin sayəsində xilas olunur. Ancaq fransız zabitləri ərəb əsgərləri ilə fransız əsgərləri arasında ayrı seçkilik salır, onları aşağılayır, birinciləri diskriminasiyaya məruz qoyur...

Gallery

Əlcəzair əsilli Rəşid Buşareb filmində məhz bu motivə fokuslanır, o, ərəblərin müharibədə fədakarlıq göstərməsinə rəğmən fransızlar tərəfindən ədalətsizliyə uğradığını göstərir. Rejissor diskriminasiya vəziyyətlərini konkretləşdirir. Misalçün, səhnələrin birində, fransız əsgərlərinə yeməyə pomidor verilsə də, ərəblərə bu rəva görülmür. Ərəb əsgərləri buna etiraz edərək haqlarını tələb edirlər. Yaxud qəhrəmanlıq göstərən ərəblərə rütbə verilmir, üstəlik, Elzasın alınmasında məhz onların xidməti olsa da, bunu fransızlar öz adlarına çıxırlar.

Gallery

Rejssorun məqsədi tarixi ədalətsizliyi kino vasitəsilə ifadə etməkdir. Film bu titrlərlə bitir: “1959-cu ildə Fransanın keçmiş müstəmləkəsi olmuş, müstəqilliyini elan eləmiş ölkələrdən çıxmış bütün hərbi qulluqçulara təqaüd verilməsi haqda qanun ləğv olundu. 2002-ci ildə Fransanın Dövlət Şurası (İnzibati işlərdə ən yüksək məhkəmə) hökumətdən bütün təqaüdlərin ödənilməsini tələb elədi. Buna baxmayaraq problem indiyədək həllini tapmayıb”.

“Vətənpərvərlər” filmi Kannda “Qızıl Palma Budağı”na nominant olsa da, qalib gəlməyib.

İspan rejissoru Oriol Paolonun “Gözəgörünməz qonaq” filmi ilk dəfə 2016-cı ildə nümayiş olunub.

Süjet: Gənc biznesmen Adrian (Mario Kasas) sevgilisi Lauranın (Barbara Lenni) ölümündə günahkar sayılır. Qətldə özünü günahkar saymayan Adrian ev dustaqlığına buraxılır. O, karyerasını və ailəsini qurtarmaq üçün ən yaxşı vəkillərdən birini Virciniya Qudmana (Elvira Qarrido) müraciət edir. Məhkəmə öncəsi Virciniya Adrianın evinə gəlir və güclü müdafiə strategiyası qurmaq üçün ondan həqiqətləri detalına kimi danışmasını istəyir. Və hadisələrin axarı anbaan dəyişir....

Rejissor Oriol Paolo əla süjet qurub. Maraqlı peripetiyalar, tamaşaçını dolaşığa salan detal bolluğu sonadək gərgin atmosferi qoruyub saxlayır. Müəllif eyni hadisəni iki müxtəlif baxış bucağından təqdim edir. Birinci versiyada Adrianın hadisəyə münasibətini görürük. İkinci versiyada isə vəkilin üzə çıxardığı gerçək hadisə ilə tanış oluruq. Adrian rolunun ifaçısı Mario Kasas iki müxtəlif xarakterli obraz yaradır. Və hər iki obrazın öhdəsindən ustalıqla gəlir.

Gallery

Filmin ssenarisini də Orion Paolo işləyib. “Gözəgörünməz qonaq” Amerikanın Portlend beynəlxalq film festivalında mükafata layiq görülüb. Eyni zamanda İspaniyada nüfuzlu sayılan Antonio Qaudi (Antonio Qaudi məşhur ispan memarıdır, modernizm üslubunun dahilərindən sayılır. Barselonadakı Müqəddəs Ailə kilsəsi memarlıq abidəsinin və başqa orijinal əsərlərin müəllifidir) mükafatını alıb.

“Görünməz qonaq” filminin bir neçə dəfə remeyki çəkilib və bütün filmlər kommersiya uğuru qazanlb. Filmin remeyklərini italyan rejissoru Stefano Mordini və hind rejissoru Sujoy Ghosh çəkib.

# 7678 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:54 22 iyul 2026
"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

18:40 21 iyul 2026
"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

17:00 21 iyul 2026
“Cənnətin iqamətgahı”  filminin treyleri hazırdır

“Cənnətin iqamətgahı” filminin treyleri hazırdır

15:30 21 iyul 2026
Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

14:40 21 iyul 2026
Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

13:30 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər