Torontoda Əminə Dilbazinin 100 illiyi keçirilib

Torontoda Əminə Dilbazinin 100 illiyi keçirilib
28 noyabr 2019
# 15:31

Kanadada fəaliyyət göstərən “Azerbaijani Women’s Support Centre North York Civic Centre”də (AWSC) Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.

AWSC-nin idarə heyətinin üzvləri Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlərindən danışıblar.

Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə Dilbazinin həyatı ilə yanaşı, Dilbazi nəslinin tarixi və onların Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirakı barədə ətraflı məlumat verib.

Əminə Dilbazinin tələbəsi Qəmər Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb. “Əminə xanımın özünəməxsus orijinal ifa tərzi var idı. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimizin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qalıb”, - deyən Qəmər xanım bildirib.

Əminə xanımın dünya xalqlarının rəqslərinə də geniş yer ayırdığını söyləyən tələbəsi, eyni amanda, müəlliminin mötəbər beynəlxalq müsabiqə və festivallarda iştirakını, Azərbaycan rəqslərini uğurla təbliğ etdiyini vurğulayıb.

Xatirə gecəsində iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev başda Nazilə İsgəndərova olmaqla tədbirin təşkil olunmasına görə AWSC-yə təşəkkürünü bildirib.

Tədbirdə “Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz və Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşadıblar./azertag.az/

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər