news-inner
clock14:51 calendar-gray 20 Noyabr 2019 view-gray4742 dəfə oxunub
view-gray4742 dəfə oxunub

Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar

Bu gün Azərbaycan kinosunun ən yaraşıqlı aktyorlarından sayılan Gündüz Abbasovun doğum günüdür.

Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir

Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.

Gallery

Çox imkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb.

Gallery

Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. olur. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızlarını aktyorun anasının yanında qalır. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.

Gallery

Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onunla görüşməyi hər iki tərəfə qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş. Uşaqlar yalnız böyüyəndən sonra hansı isə məclisdə təsadüfən analarını yaxından görə bilirlər.

Gallery

Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından biri ilə münasibəti olduğunu qeyd edir: “Atamın o dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidən anam bunu qəbul etməyib atamdan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə atamın onunla münasibəti uzun illər davam edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün xörək hazırlayırdı”.

Gallery

Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.

Gallery

Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birlərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin, qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: “Məni sən bədbəxt elədin”.
Sonralar başqa adamla ailə quran qadın öz oğlununa Gündüzün ən məşhur obrazlarından birinin adını verir - Elşən. Amma sonralar Elşən cavan yaşda dünyasını dəyişir.

Gallery

O qadınla Gündüz uzun illərdən sonra ahıl yaşlarında cəmi bircə dəfə görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.

Gallery

Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor serrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: “Peşman olmuşam”.

Gallery

Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun sonuncu filmi "Yuxu" olub. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən hər zaman xatırlanır.

news-inner-user

13486 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Övladlarınız haqqında dahiyanə sitatlar
21:00 10 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019
Məşhur rok ulduzu dünyasını dəyişdi
18:12 10 Dekabr 2019
Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
17:30 10 Dekabr 2019
Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
16:45 10 Dekabr 2019
Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti
16:30 10 Dekabr 2019
Zorakılıqla bağlı sənədli tamaşa təqdim olunacaq - "O qadın"
15:51 10 Dekabr 2019
Üç qardaşını cəbhədə itirən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar
15:30 10 Dekabr 2019
Aktyor ağciyər xərçəngindən dünyasını dəyişdi
14:40 10 Dekabr 2019
Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...
14:01 10 Dekabr 2019
Əyninə güllü şortik geyinmiş qoca “Nobel”
13:29 10 Dekabr 2019
"Mələk" təqdim olundu
12:52 10 Dekabr 2019
“Yevgeni Onegin”in ilk nəşri hərraca çıxarılacaq
12:15 10 Dekabr 2019
Nəbi Xəzrinin oğlu: “Ağlaya-ağlaya ölüm tez gəlsəydi, deyirdi” - Müsahibə
11:33 10 Dekabr 2019
Xalq artisti dünyasını dəyişdi
11:06 10 Dekabr 2019
Ögey anaların və qayınanaların qisası
10:45 10 Dekabr 2019
İlham Qəhrəmanın kitabı akademiyada müzakirə olunacaq
10:15 10 Dekabr 2019
"Golden Globes-2020" mükafatlarına namizədlər bəlli oldu - Siyahı
09:46 10 Dekabr 2019
Ölməyə gəlmişəm! - İsi Məlikzadənin hekayəsi
09:01 10 Dekabr 2019
Məşhur musiqiçi Nəsimiyə kompozisiya həsr edib
18:51 09 Dekabr 2019