Məşhur rus aktyor kasıbçılıqdan intihar edib

Məşhur rus aktyor kasıbçılıqdan intihar edib
11 oktyabr 2012
# 11:19
Moskva teatrının aktyoru Stanislav Sadalski deyib ki, 8 sentyabrda pəncərədən yıxılıb öldüyü ehtimal olunan aktyor Belyavski kasıbçılıqdan intihar edib. Kulis.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə Stanislav Sadalski buna əmin olduğunu bildirib: “Nikita Mixalkovun rəhbərlik etdiyi Rusiya Kinematoqrafçılar İttifaqı qocaman aktyorların maddi durumunu düşünmür. Mən dəfələrlə bu barədə Mixalkova müraciət etmişəm ki, aktyorlara pul ödənməsinə nail olsun. Qocaman aktyorlar kasıb yaşamamalıdır, onlar çıxış yolunu pəncərədən atılmaqda görməməlidir”.

Stanislav Sadalski söyləyib ki, hadisədən qabaq Belyavski ilə bir neçə dəfə söhbət edib: ”Onun durumundan xəbərdar idim. İndi deyirlər ki, psixoloji durumu onu pəncərədən atılmağa vadar edib. Elə deyil, bu adam ağlı başında olduğu üçün əzablı həyata, kasıbçılığa, ailəsi qarşısında başı aşağı qalmağa son vermək qərarına gəlib”.

Aktyor deyib ki, indi miskin yaşayan aktyorlar rus kinosunun qızıl fondudur: “Dünyanın heç bir yerində aktyora bu cür münasibət yoxdur. Onların çəkildiyi filmlərlə kimlərsə külli miqdarda qazanc əldə edir. Özlərinin isə taleyi belə acınacaqlı sonluqla bitir.”
Xatırladaq ki, aktyor Aleksandr Belyavski sentyabrın 8-də yaşadığı evin pəncərəsindən yıxılıb və yerindəcə dünyasını dəyişib. Biz bu rus aktyorunu “Görüş yerini dəyişmək olmaz” filmindən Foks obrazı ilə tanıyırıq.

Onun ölümü barədə Rusiya mətbuatında müxtəlif versiyalar dolaşır.

Ramilə Qurbanlı
# 2598 dəfə oxunub

Oxşar xəbərlər

“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər