Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib - Video

Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib - Video
19 noyabr 2019
# 17:24

Azərbaycan və Türkiyənin ictimai xadimi, siyasətçi, yazıçı, jurnalist Əhməd Ağaoğlu haqqında qısa sənədli film çəkilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, sənədli film Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyi münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi və “Anadolu” informasiya agentliyi tərəfindən birgə hazırlanıb.

“Əhməd Ağaoğlu: Türk dünyasının mübarizəsinə həsr olunmuş ömür” adlı sənədli filmdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Əhməd Ağaoğlunun adını daşıyan nəvəsi və türkiyəli alim Mehmet Ufuk Özcanın fikirləri yer alıb.

Sənədli film bu gün Ankara Universitetinin hüquq fakültəsi tərəfindən keçirilən “Ortaq dəyərimiz – Əhməd Ağaoğlu” adlı konfransda nümayiş olunub.

Qeyd edək ki, Əhməd Ağaoğlu 1869-cu ildə Şuşada anadan olub.

“Kaspi” qəzetində məqalələr yazan Ə. Ağaoğlu Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə də redaktorluq edib.

O, 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur. Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik edib, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olub, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub.

Ə. Ağaoğlu 1939-cu ildə İstanbulda vəfat edib.

# 3508 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər