news-inner
clock17:29 calendar-gray 21 Noyabr 2019 view-gray1342 dəfə oxunub
view-gray1342 dəfə oxunub

Mirzə Cəlilin Sabirin heykəli ilə bağlı tənqidi yazısı - Mətn

Bu gün Bakıda bir çox klassiklərimizə heykəl qoyulub. Amma bu şərəf hamıdan birinci ölümündən 10 il sonra Mirzə Ələkbər Sabirə nəsib olmuşdu. İndi Sabir bağında qoyulan bu heykəl 1922-ci ildə qoyulan heykəl deyil. İndiki heykəl isə 1958-ci ildə qoyulub və onun müəllifi Cəlal Qaryağdıdır.

1922-ci ldə qoyulan heykəlin müəllifi Yakov İosifoviç Keylixis idi. Kulis.az 1922-ci ildə Sabirin heykəlinin açılış mərasimi haqda Cəlil Məmmədquluzadənin “Yeni Yol” qəzeti”nin 25 noyabr (1922) nömrəsində yazdığı məqaləni təqdim edir.

Bu noyabrın 7-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açışı oldu.

Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

Maarif Komissarı Şahbazi öz nitqində yeni yazıçılarımızı və cavanlarımızı Sabirin ruhu ilə ruhlanmağa çağırdı. İkinci danışan Nəriman Nərimanov yoldaş olub, söylədi:

“Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən qorxmayıb, özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirdi: öz şeirləri və yazıları ilə kəndlilərin və fəhlələrin haqlarını müdafiə edirdi; zalımların bunlara etdikləri zülmlərini açıqca üzlərinə söyləyirdi. Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və fəhlə tərəfdarları olduq”. Nitqinin axırını indiki və gələcəkdəki türk şairlərimizin Sabir kimi olmaları arzusu ilə qurtardı.

Üçüncü danışan, Ağamalı oğlu, Sabirin şair kimi meydana çıxması ilə Azərbaycan türkləri üçün yeni bir dövrə başlanmasını, bu dövrənin bərəkətindən kəndli və fəhlələrimizin ayılmalarını, bunların tərəfdarlarının çoxalıb inqilab yapmalarını və müvəffəqiyyət qazanmalarını söylədi.

Nitq söyləyənlərin və hazırda olanların hamısının əksi alındı.

Bu yığıncaqda gözə çarpınan bircə əksiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan Molla Nəsrəddin orada görsənmirdi, çünki bu açışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər.

P.S. Yazıçı başlıqda və mətndə açılış sözü əvəzinə açış sözündən istifadə etmişdir.

news-inner-user

13541 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

"Youtube" son 10 ilin ən məşhur kliplərini təqdim edib
17:20 14 Dekabr 2019
Atam ölən yaşda öləcəyəm... - Həmid Piriyevdən hekayə
16:30 14 Dekabr 2019
Elton Conun əlyazması satıldı
15:30 14 Dekabr 2019
“Baladadaşın toy hamamı” nümayiş olunub
14:46 14 Dekabr 2019
Qədir Rüstəmov jurnalisti niyə tutdurmaq istəyirdi? - Anım
13:40 14 Dekabr 2019
“Yol” filminin aktrisası dünyasını dəyişdi
13:00 14 Dekabr 2019
“Xaç atası” filminin aktyoru vəfat etdi
12:00 14 Dekabr 2019
Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq
10:50 14 Dekabr 2019
Həyat adamı məyus edir - Seymur Baycan yazır...
10:12 14 Dekabr 2019
Ailəsinin dəlixanaya saldırdığı dahi heykəltaraş
09:01 14 Dekabr 2019
Uğursuzluq və xaric oxumaq haqqında ballada
21:00 13 Dekabr 2019
Heçlik oyunu - Monoloq - Video
18:26 13 Dekabr 2019
Ən gözəl qış mənzərələri - Fotolar
17:47 13 Dekabr 2019
Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib
17:10 13 Dekabr 2019
Dostlar əlində yıxıldım... - Şeirlər
16:30 13 Dekabr 2019
Azərbaycanlı aktyor evində ölü tapıldı - 3 gündən sonra
15:54 13 Dekabr 2019
İsa peyğəmbərin bağlanan kitabxanası
15:18 13 Dekabr 2019
"Sözləri Hüseyn Cavidindir" adlı not kitabı təqdim olunacaq
14:40 13 Dekabr 2019
Bakıda yaşayan gürcü şair əməliyyat olundu
14:00 13 Dekabr 2019
Arvadının sevgilisini zorlayan ər
13:50 13 Dekabr 2019