Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
18 noyabr 2019
# 16:15

Noyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın açılışı olub.

Konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans çərçivəsində Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı keçirilib. Tədbirdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistan respublikalarından dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, eyni zamanda Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi. Hazırkı tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq keçirildiyini deyən K. Tahirov konfransın işinə uğurlar arzulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə daxilində və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayıb. Söyləyib ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq Sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xal yazıçısı Anar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digərləri çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıblar, yaradıcılığının elmi-fəlsəfi əhəmiyyətindən bəhs ediblər.

# 3210 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər