Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”

Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”
15 noyabr 2019
# 17:30

Bu günlərdə dünya şöhrətli norveçli dirijor, SKRUK xorunun yaradıcısı və bədii rəhbəri Per Oddvar Hildre Qərbi Kaspi Universitetinin Tur Heyerdal muzeyində olub.

Per Oddvar Hildre məşhur norveçli səyyah T.Heyerdalın həmyerlisi olmaqla yanaşı, həm də yaxın dostu olub. Tanınmış musiqiçi öz xatirələrini və Tur Heyerdal muzeyi ilə bağlı təəssüratlarını Kulis.az-la bölüşüb.

- Siz Tur Heyerdalla həm də yaxın dost olmusunuz. Onu necə xatırlayırsınız?

- Gənc yaşlarımdan onun səyahətləri ilə maraqlanırdım. Mən onunla tanış olanda o, artıq yaşlı idi. İndicə bir xatirə yadıma düşür: 1995-ci il… Gərgin bir gündən sonra oteldəyik və onun səyahətləri, təəssuratları barədə danışırıq. Bir neçə saat oturub doyunca söhbət etdik və mən ondan soruşdum: Siz yorulmamısınız? Həqiqətən də həmin gün çox gərgin idi. O isə cavab verdi: Əlbəttə ki, yox!
Mən onun işinə qarşı olan sevgisinə, onun enerjisinə heyran idim. Yorulmaq bilmirdi. Baxmayaraq ki, mən daha gənc idim, ancaq tez yorulurdum, o isə… Biz onunla müxtəlif mövzularda fikir mübadiləsi aparırdıq. O hətta mənə demişdi ki, bizim ulu babalarımız güman ki, Azərbaycanlıdırlar.

- Bəli. Bizim növbəti sualımız məhz bununla bağlıdır. Tur Heyerdalın Azərbaycanla, vikinqlərin Azərbaycanla bağlılığı ilə əlaqədar mülahizələri var. Bununla bağlı müzakirələriniz hansı məzmunda olurdu?


- Bəli. Dediyim kimi biz mövzuda müzakirələr aparırdıq. Və mən özüm də buna çox inanıram, bəlkə də Heyerdal haqlı idi, çünki bilmirəm bunu necə izah edim, amma Azərbaycana gələndə mən özümü elə hiss edirəm ki, elə bil doğma evimə qayıtmışam. Bilmirəm, bəlkə ona görədir ki, sizin ölkədə insanlar istiqanlıdırlar və məni xarici bir vətəndaş kimi hiss etməyə qoymurlar. Bu arada, sizə deyim ki, Bakı həqiqətən də çox gözəl şəhərdir. Həyatımda gördüyüm ən gözəl şəhərlərdən biridir.

- Tur Heyerdala ölkəmizdə xüsusi münasibətin olduğunu, onun dəfələrlə Azərbaycana gəldiyini, eləcə də Qərbi Kaspi Universitetinin fəxri professoru olduğunu bilirdinizmi?

- Bəli, bəli bilirəm ki, Tur Heyerdala ölkənizdə xüsusi rəğbət var. Azərbaycana dəfələrlə gəldiyini bilirəm və indi isə muzeyə gəldiyimdən sonra da öyrəndim ki, Heydər Əliyevlə də görüşüb. Amma Qərbi Kaspi Universitetinin fəxri professoru olduğunu bilmirdim.

- Dahi səyyahın adını daşıyan muzey sizdə hansı təəssüratları oyatdı?

- Muzey həqiqətən də çox gözəldir. İnsan şəkillərə, eksponatlara baxıb doya bilmir. Muzeyi çox bəyəndim və bilmədiklərimi də burada öyrəndim.

# 5601 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər