Həmyerlimiz sabiq prezident haqqında film çəkdi

Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
13 noyabr 2019
# 16:22

TASS informasiya agentliyi baş direktorunun birinci müavini, Mixail Qusman Parisdə Fransanın mərhum Prezidenti Jak Şirak haqqında lentə aldığı sənədli filmi təqdim edib.

Kulis.az TASS agentliyinə istinadən xəbər verir ki, “Hakimiyyət formulu: Jak Şirak. Sözardı” sənədli filminin premyerasında Fransanın mədəniyyət və elm xadimləri, Paris Sülh Forumunun iştirakçıları, “Trianon dialoqu” Fransa-Rusiya vətəndaş cəmiyyəti Forumunun üzvləri iştirak ediblər. Yarım saatlıq ekran əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Mixail Qusman premyeradan sonra deyib ki, onun ekran əsəri “böyük fransız, görkəmli dövlət xadimi və insan haqqındadır”. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Jak Şirakın vəfatından əvvəl jurnalistlərin sualına cavabında bildirib ki, əcnəbi həmsöhbətləri arasında onda ən böyük təəssürat doğuran məhz Şirak olub. M.Qusman özünün “Hakimiyyət formulu” proqramı üçün fransız liderdən iki dəfə müsahibə aldığını, onun dərin zəka və xarizmaya malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, film böyük siyasətçiyə sevgi hissi ilə lentə alınıb.

# 1891 dəfə oxunub

Oxşar xəbərlər

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
# # #