news-inner
clock14:48 calendar-gray 09 Noyabr 2019 view-gray877 dəfə oxunub
view-gray877 dəfə oxunub

Göyçayda Nar Festivalı keçirilir - Fotolar

Göyçay rayonunda XIV Nar Festivalına start verilib.

APA -nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə mərasim keçirilib. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları Göyçay Bayraq Meydanında üçrəngli bayrağımızın ucaldılması mərasimində iştirak edib, Bayraq Muzeyi ilə tanış olublar.

Nar festivalının rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, artıq 14-cü dəfədir təşkil edilən və iki gün davam edəcək bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar Festivalı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir”.

Festival iştirakçıları nar məhsullarının sərgi-yarmarkasına baxış keçirib, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər.

Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıb. Festivalda ən böyük nar nümayiş olunub.

Heydər Əliyev prospektində nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 9-10-da Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olur, Nar festivalına qatılır, satış-yarmarkalarda nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanırlar.

Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar"> Fotolar" data-description="gallery" alt="Göyçayda Nar Festivalı keçirilir - Fotolar">
news-inner-user

16035 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020