news-inner
clock10:30 calendar-gray 06 Noyabr 2019 view-gray103 dəfə oxunub
view-gray103 dəfə oxunub

Mirzə Şəfi Vazeh Berlinin Humboldt universitetində

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.

Noyabrın 1-də Xalq Bankın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt universitetində keçirilən konfrans “Xalq Əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.

Humboldt universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim edib. Universitetin əsasən şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirib.

Eva Maria Aux, tarixçi alim: “Mənim fikrimcə, bu, təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycnalı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah edib. Vazeh yaradıcılığının azərbaycan-alman mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin də xüsusi rolunu qeyd edib. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərdən də eşitdik.

Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbax: “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”.

Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii müstəvidə də olmalı idi. Təşkilatçılar da bunu gözəl bilirdilər və həmin hissəni Berlin “Q Gallery Berlin” incəsənət mərkəzində qonaqlara təqdim ediblər.

“Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verib. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim edib. Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya və musiqinin idi. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini azərbaycan və alman dillərində səsləndiriblər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəlib.

Kristiana Foqt, aktrisa: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də sirli şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu mənim üçün gözlənilməz oldu“.

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda Xalq Bankın “Xalq Əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edilib.

news-inner-user

13196 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Aqşin Yenisey xəstəxanaya yerləşdirildi
21:01 16 Noyabr 2019
Fikrət Sadıqın oğlu: “Atama görə davalara düşürdüm” – Müsahibə
17:30 16 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019
Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
14:00 16 Noyabr 2019
TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
13:29 16 Noyabr 2019
Bizdə seks inqilabı olarsa...
12:25 16 Noyabr 2019
Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"
11:32 16 Noyabr 2019
Elçin Əlibəyli TV-dən getdi
10:47 16 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
10:12 16 Noyabr 2019
Siyasətə görə atası ilə düşmən olan jurnalist - Sevda Sultanova yazır...
09:00 16 Noyabr 2019
Salam Qədirzadənin oğlu: “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə
21:00 15 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
18:40 15 Noyabr 2019
Məşhur ifaçı Bakıda konsert verəcək
18:01 15 Noyabr 2019
Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”
17:30 15 Noyabr 2019
Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub
16:51 15 Noyabr 2019
Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”
16:20 15 Noyabr 2019
Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi
15:38 15 Noyabr 2019
Üzü günə qalan evlər - Tanımadığımız şairdən seçmə şeirlər
15:01 15 Noyabr 2019
Rəfael və Coşqun "Şabaş"a görə qadın paltarı geyindi
14:20 15 Noyabr 2019